Kartla ödənişlərdə niyə problemlər yaranır?

Kartla ödənişlərdə niyə problemlər yaranır?
08.01.2026 14:19 Cəmiyyət

"Kartla ödənişlə bağlı çətinliklər təkcə taksi sahəsində deyil, bəzi mağaza və xidmət obyektlərində də müşahidə olunur".

Nəqliyyat eksperti Adil Nəbiyev bu fikirləri TodayPress TV-yə açıqlamasında deyib.


Onun sözlərinə görə, bir sıra hallarda müştərilərdən kartla ödəniş əvəzinə kartdan-karta köçürmə tələb olunur ki, bu da faktiki olaraq şəffaflığın azalmasına və vergidən yayınmaya şərait yaradır:

"Bu vəziyyətə görə bütün məsuliyyəti taksi sürücülərinin üzərinə atmaq düzgün deyil. Əsas problem taksi şirkətlərinin öz öhdəliklərini tam yerinə yetirməməsidir. Taksilərdə terminal yoxdursa, sürücü necə qəbz versin? Terminal qoyulmalı, sistem tam dəyişməlidir ki, sürücü ziyana düşməsin".

Ekspert bildirib ki, sürücülərin kart ödənişindən yayınmasının səbəblərindən biri bank komissiyalarıdır. Kartla ödəniş zamanı müəyyən faiz tutulur, üstəlik nağdsız ödənişdə sərnişinlər əksər hallarda əlavə ödəniş “çay pulu” vermirlər:

"Bu isə sürücülər üçün maddi baxımdan sərfəli olmur. Nağd ödənişdə isə xırda məbləğlərin qalması və əlavə qazanc ehtimalı daha yüksəkdir. Oxşar problemlər bəzi yanacaqdoldurma məntəqələrində də yaşanır. Ödəniş zamanı müştərilərə hansı üsulla və hansı kartla ödəmə ediləcəyi ilə bağlı verilən suallar xoşagəlməz vəziyyət yaradır və bu praktika beynəlxalq təcrübəyə uyğun deyil".

Adil Nəbiyev hesab edir ki, dünyada nağdsız ödəniş artıq standart hal alıb, lakin Azərbaycanda bu sahədə hələ də ciddi boşluqlar mövcuddur. Bununla belə, o, gələcəkdə nağd ödənişin tədricən sıradan çıxacağına ümid etdiyini vurğulayıb. 

"Böyük ticarət mərkəzləri, "mall"lar və müasir satış yerlərində nağdsız ödəniş problemsiz tətbiq olunur, lakin bəzi sahələr bu keçidi bilərəkdən gecikdirir. Texniki və inzibati imkanlar mövcud olduğu halda, nağdsız ödənişə tam keçid mümkündür və əsas məsələ bu prosesin sürətləndirilməsidir", - deyə o, fikrini tamamlayıb.

Qeyd edək ki, taksilərdə kartla ödəniş etmək istəyən sərnişinlər əksər hallarda sürücülərin imtinası ilə qarşılaşır və ödəniş yalnız nağd formada qəbul olunur. Bununla yanaşı, aparılan ödənişlər üzrə kassa çeki təqdim edilmir ki, bu da şəffaflıq baxımından ciddi suallar yaradır.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
30 JULY 2026
UEFA Konfrans Liqası: "Zirə" - "Payde" matçında hesab bərabərləşdi - VİDEO 20:04 UEFA Konfrans Liqası: "Neftçi" "Dinamo" ilə matçda hesabı açdı - YENİLƏNDİ 21:18 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 All News