İl ərzində 22 min tona yaxın palma yağı idxal edilib

İl ərzində 22 min tona yaxın palma yağı idxal edilib
27.08.2025 16:35 Cəmiyyət

2025-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycana 31 milyon 252.2 min ABŞ dolları dəyərində 21 min 814.6 ton “xam palma yağı və onun fraksiyaları” idxal edilib.

TodayPress TV Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici həcm ifadəsində 9% və ya 2.2 min ton azalıb, dəyər ifadəsində isə 10.1% və ya 2.9 milyon ABŞ dolları artıb. 2024-cü ilin ilk 6 ayı ərzində Azərbaycana 28 milyon 374 min ABŞ dolları dəyərində 23 min 965 ton “xam palma yağı və onun fraksiyaları” idxal edilib.

Bu dövrdə ölkəyə gətirilən 1 kq palma yağının orta idxal qiyməti əvvəlki dövrlə müqayisədə 22% artaraq 2.44 manat təşkil edib. Hesabat dövründə Azərbaycana Malayziyadan 742.8 ton, İndoneziyadan isə 21 min 71 ton palma yağı idxal edilib.

Xatırladaq ki, son 30 ildə trans yağların əsas əvəzedicisi rolunu oynayan palma yağı yeyinti sənayesi, xüsusilə də qənnadı məmulatları, dondurma, şokolad, çips istehsalçıları tərəfindən geniş istifadə edilir.

Qeyd edək ki, eyni zamanda bütün dünyada marqarin istehsalında da palma yağından geniş istifadə olunur. Hesabat dövründə Azərbaycanda 23 min 512 ton marqarin istehsal edilib.

XƏBƏR LENTİ
16 IYUN 2026
Hindistanda "Telegram" bloklandı - SƏBƏB 21:56 Ukraynaya məxsus hərbi təyyarə qəzaya uğradı - Pilotlar öldü 22:26 Azərbaycanda ilk dəfə: Cəbrayılda nəhəng istixana aqroparkı yaradılacaq 21:54 Azarkeşlərin diqqətinə: "Neftçi"nin yeni mövsüm üçün tam hazırlıq qrafiki! 22:16 Türkiyə öz ərazisində zenit-raket kompleksini yerləşdirəcək 21:45 Əsrin sövdələşməsi: Vaşinqton və Tehran arasında 14 bəndlik razılaşması yayıldı 21:48 Prokurorluğun Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatın DETALLARI 21:37 Livanda PUA dəhşəti: "Hizbullah" üzvlərinin olduğu avtomobillər hədəfə alındı 19:39 Bakıda keçirilən iclasda tarixi qərar 20:42 "Qarabağ" yeni mövsümə necə hazırlaşır? - Qurban Qurbanov danışdı 21:20 Ecenin öldüyü gecə yaşananları anası açıqladı 20:19 Tramp İsraili hədəf aldı, missiyanı Suriyaya verdi: "Hizbullah"ı o məhv edəcək! 20:16 Nöqsana görə qovulan direktor qayıtmağı tələb etdi - Rədd cavabı aldı 20:14 Trampın ən yaxın adamları Moskvaya gedir? - Uşakov açıqladı 20:08 Bakıda qadına qarşı əxlaqsız təkliflər edən manyak saxlanıldı - VİDEO 20:22 Türkiyə hərbi gəmisi ABŞ-yə daxil oldu 19:43 Azərbaycanın daha 3 boksçusu Dünya Kubokunda mərhələ adladı 22:19 "Qarabağ"ın UEFA Avropa Liqasındakı rəqibi bəlli oldu 19:11 Kürdəmirdə iki maşın aşdı, xəsarət alanlar var 20:10 "Zirə" klubunun Konfrans Liqasındakı rəqibi bəlli oldu 20:10 Oman və İran Hörmüz boğazında azad gəmiçiliyə sadiqliklərini təsdiqlədilər 19:06 Ramil Həsən və Numan Kurtulmuş türk dövlətləri arasında əməkdaşlığı müzakirə etdilər 19:09 "İkinci mərhələ daha çətin olacaq" - Çin XİN rəhbəri xəbərdarlıq etdi 18:46 Ceyhun Bayramov Türk İnvestisiya Fondunun prezidenti ilə görüşdü 18:58 “Qafqaz Qartalı - 2026” təliminin açılış mərasimi keçirildi 18:40 Bütün Xəbərlər