"İdrak" Liseyi insidentlə bağlı AÇIQLAMA YAYDI

"İdrak" Liseyi insidentlə bağlı AÇIQLAMA YAYDI
06.02.2026 14:54 Cəmiyyət

Bakıda yerləşən “İdrak” Liseyi baş vermiş silahlı insidentlə əlaqədar rəsmi açıqlama yayıb.

TodayPress TV xəbər verir ki, lisey rəhbərliyi yaydığı açıqlamada hadisə fonunda yaranan narahatlığın anlaşıldığını bildirib. 

Qeyd olunub ki, təhsil müəssisəsində təhlükəsizlik tədbirləri daim mövcud olub və tədris prosesi hər zaman nəzarət altında həyata keçirilib.

Açıqlamada vurğulanıb ki, baş verən insident dərhal diqqətə alınıb və mövcud təhlükəsizlik və nəzarət mexanizmləri çərçivəsində idarə olunub. Hazırda şagird və müəllimlərin təhlükəsizliyi tam təmin edilir, dərslər isə normal qaydada davam edir.

Lisey rəhbərliyi bildirib ki, məsələ aidiyyəti qurumların iştirakı ilə araşdırılır və proses onların daimi nəzarəti altındadır. Valideynlərə uşaqların psixoloji durumuna mənfi təsir göstərə biləcək şayiələrə deyil, yalnız rəsmi məlumatlara etibar etmələri tövsiyə olunub.

Qeyd edək ki, Binəqədi rayonu ərazisində yerləşən "İdrak" liseyində 10-cu sinif şagirdi müəllimini ov tüfəngi ilə güllələyib. Xəsarət yetirilən müəllim xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğunu bildirilir.

Qiymət Mahir

TodayPress TV

https://www.instagram.com/stories/idrak_liseyi/3826452877011369049?utm_source=ig_story_item_share&igsh=MWNzZThsMjd3eG51dQ%3D%3D

NEWS FEED
30 JULY 2026
UEFA Avropa Liqası: ÇSKA - "Qarabağ" oyunu başladı - CANLI 22:03 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 UEFA Konfrans Liqası: "Neftçi" "Dinamo" ilə matçda hesabı açdı - YENİLƏNDİ 21:18 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 All News