İçərişəhərdə yeni idarəetmə mərhələsi: “Ağıllı Qoruq” konsepsiyasına keçid planlaşdırılır

İçərişəhərdə yeni idarəetmə mərhələsi: “Ağıllı Qoruq” konsepsiyasına keçid planlaşdırılır
23.12.2025 12:03 Cəmiyyət

"İçərişəhər artıq yeni bir idarəetmə mərhələsinin astanasındadır və mövcud çağırışlar yeni yanaşmaların tətbiqini zəruri edir".

TodayPress TV xəbər verir ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin üzvü Aytac Əlisultanlı İçərişəhər və Qala qoruqlarında mədəni irsin mühafizəsi və təbliği üzrə görülən işlərin təqdim olunduğu ilin yekunlarına həsr olunmuş mətbuat konfransında çıxış edib.

Onun sözlərinə görə, minillik tarixə malik İçərişəhər müxtəlif dövrlərdə fərqli idarəetmə modellərindən keçib və 2025-ci ildən etibarən müasir tələblərə uyğun çevik, rəqəmsal və sistemli idarəetmə modelinə keçid planlaşdırılır:

"Aparılan təhlillər nəticəsində dörd əsas problem müəyyən edilib. Bunlara dağınıq və qeyri-effektiv məlumat sistemi, institusional yaddaşa və insan faktoruna əsaslanan idarəetmə, tarixi abidələr üzrə vahid rəqəmsal arxiv və monitorinq sisteminin olmaması, həmçinin ziyarətçi axını və təcrübəsi ilə bağlı statistik məlumatların toplanmaması daxildir". 

O vurğulayıb ki, İçərişəhər ölkəyə gələn turistlərin ilk üz tutduğu məkanlardan biri olsa da, bu axın indiyədək sistemli şəkildə təhlil edilməyib.

Həmçinin qurum üzvü ərazidə gedən çoxsaylı proseslərin nəzarət və koordinasiyasında da çətinliklərin olduğu,  övcud nəzarət mexanizmlərinin əsasən post-faktum reaksiyalara söykəndiyini vurğulayıb.

"Bu çağırışlar fonunda “Ağıllı Şəhər” yanaşmasının irsin idarə edilməsinə inteqrasiyası gündəmə gətirilib. “Ağıllı Qoruq” konsepsiyası tarixi irsə müdaxilə deyil, əksinə, rəqəmsal texnologiyalar vasitəsilə irsin qorunması, operativ qərarvermə və ictimai tələbat arasında balansın yaradılmasını nəzərdə tutur.

Bu yanaşma ölkə üzrə həyata keçirilən genişmiqyaslı rəqəmsal islahatlarla da uzlaşır. Xüsusilə Prezident İlham Əliyevin təsdiqlədiyi 2025-2028-ci illəri əhatə edən Süni İntellekt Strategiyası və 2026-2029-cu illər üçün Rəqəmsal İqtisadiyyatın İnkişafı Strategiyası bu dəyişikliklərin əsasını təşkil edir".

Aytac Əlisultanlı qeyd edib ki, artıq 2025-ci ilin əvvəlindən etibarən İçərişəhər Qoruq İdarəsi tərəfindən bir sıra rəqəmsal layihələrin icrasına başlanılıb və bu proses mərhələli şəkildə davam etdiriləcək.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
Misirdəki ABŞ səfirliyi vətəndaşlarına Yaxın Şərqi dərhal tərk etməyi tapşırdı 19:34 ABŞ İsraili İran raketlərindən qoruya bilməyəcək? - Rəsmən açıqlandı 19:17 Pezeşkian: “İranın gələcəyini onlar müəyyən edəcək” 18:59 TƏCİLİ: ABŞ vətəndaşlarını Yaxın Şərqi tərk etməyə çağırdı 18:46 İsrail İranın “qorxusundan” Ukraynaya “Dəmir Günbəz” vermədi 18:36 Dünyanın ən zəngin adamları iyulda milyardlarla dollar itirdi 18:22 Avropa “qapıları bağlayır” - Miqrant məsələsi canlarına “qorxu saldı” 18:08 Dünya çempionatı: İbrahim Həsənov finala yüksəldi - YENİLƏNDİ 2 15:10 Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi oldular 17:25 Rezai: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq 17:09 Arvadını qətlə yetirən şəxsə hökm oxundu 16:54 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 All News