Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub

Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub
16.09.2025 12:41 Cəmiyyət

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi uzunluğu 123,6 km olan Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolunun tikintisini 95 % icra edib.  

TodayPress TV bu barədə agentliyə istinadən xəbər verir. 

Azərbaycan və Türkiyə prezidentlərinin təməlini qoyduğu yol (Zəngəzur dəhlizi) strateji əhəmiyyətə malik olmaqla, regionda yeni iqtisadi, nəqliyyat və kommunikasiya əlaqələrinin qurulmasına mühüm töhfə verəcək. Layihə müasir standartlara və yüksək keyfiyyət tələblərinə uyğun şəkildə inşa olunur. Yolun ümumi uzunluğu 149,9 km təşkil edir ki, bunun 123,6 km-i əsas yoldur. Yolun texniki dərəcəsi 1B-dir, bu da yüksək sürətli və təhlükəsiz hərəkətə imkan yaradır.

•    Yolun eni: 14–21 metr

•    Torpaq yatağının eni: 21,5–29,5 metr

•    Hərəkət zolaqlarının sayı: 4–6

Bu göstəricilər nəqliyyatın rahat və fasiləsiz axını üçün əlverişli şərait yaradır.

Layihə çərçivəsində aşağıdakı mühüm mühəndis qurğuları inşa olunur:

•    260 dairəvi boru (ümumi uzunluğu 16 723 m)

•    55 düzbucaqlı boru (3 526 m)

•    55 alt keçid (3 781 m)

•    28 körpü (2 090 m)

•    8 yol qovşağı (26 336 m)

•    1 500 metr istinad divarı

•    3 tunel (ümumi uzunluğu 12 032 m)

Yolun inşasında yüksək keyfiyyətli materiallardan və qabaqcıl texnologiyalardan istifadə olunur. Torpaq yatağının hazırlanması, layların sərilməsi və yol geyimi işləri əsasən tamamlanıb.

•    Asfalt işləri: 950 000 m³

•    Torpaq işlərinin ümumi həcmi: 61 386 373 m³

Bu göstəricilər yolun möhkəmliyini və uzunömürlülüyünü təmin edən əsas faktorlardandır.

Layihənin mühüm hissəsini təşkil edən tunellər üzrə işlər əsasən yekunlaşıb:

•    Tunel T1: Sol - 1 004,2 m | Sağ - 1 030,6 m

•    Tunel T2: Sol - 1 809,5 m | Sağ - 1 838,5 m

•    Tunel T3: Sol - 3 178 m | Sağ - 3 172 m

Bu tunellərdə qazma və püskürtmə beton işləri artıq tamamlanıb.

Körpülərə gəldikdə, 28 körpüdən 22-nin tikintisi başa çatıb, 6-sında isə işlər davam etdirilir. Körpülərin 16-sı su ötürücü, 12-si isə yol ötürücüsüdür.

Bundan əlavə, 55 alt keçidin, 258 dairəvi və 47 düzbucaqlı borunun tikintisi də artıq tamamlanıb.

Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolu, Hacıqabul–Horadiz–Ağbənd–Zəngəzur dəhlizi magistralının bir hissəsi kimi, Azərbaycanın digər bölgələrini Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək baxımından mühüm əhəmiyyət daşıyır. Bu layihə təkcə nəqliyyat infrastrukturunun inkişafı deyil, həm də regionda iqtisadi inteqrasiyanın sürətlənməsi, yeni ticarət marşrutlarının formalaşması və strateji əməkdaşlığın möhkəmlənməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Yolun tam istismara verilməsi yaxın gələcəkdə region üçün yeni iqtisadi və geosiyasi imkanlar yaradacaq.

TodayPress TV

FOTOLAR

Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub — 1
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub — 2
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub — 3
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub — 4
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub — 5
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub — 6
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub — 7
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub — 8
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub — 9
XƏBƏR LENTİ
07 AVQUST 2026
Axmat Kadırova Çeçenistan Respublikasının Qəhrəmanı adı verildi 19:36 "Real Madrid"in argentinalı ulduzu İtaliyaya yollandı! 19:28 Beyləqanda 15 yaşlı oğlan kanalda boğuldu 19:20 Mirziyoyev Trampı Özbəkistana dəvət etdi 19:13 Qaradağın icra başçısının sabiq müavini 1 il 3 ay həbs cəzası aldı 19:05 Ərdoğan: "Məkkə sazişi sülh istəyən bütün ölkələr üçün açıqdır" 18:56 Ukrayna 2 milyard dollar itirə bilər – Səbəb nədir? 18:46 Kim Çen In 22 milyard dollarlıq "lotereya" uddu! 18:37 Üç ölkə güclərini birləşdirdi! – "Saziş heç bir dövlətə qarşı yönəlməyib" 18:16 Çanaqqalada meşə yanğınları: 541 min 289 hektar ərazi zərər gördü! 18:00 İspaniya İtaliyanı cavab tədbirləri ilə hədələdi - Seutada nə baş verir? 17:46 İsrail hərbçiləri Suriya ilə sərhədi KEÇDİ - Dəməşqin sülh cəhdləri boşa çıxır? 17:57 SON DƏQİQƏ: Rusiya Odessada futbol stadionunu vurdu, bir nəfər yaralandı - VİDEO 17:59 Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Türkmənistana təhvil verdi 17:49 Naxçıvanda ictimai nəqliyyat nağdsız ödənişə keçir 17:51 Premyer ulduzu barədə ciddi ittiham irəli sürüldü! 17:40 Hava ilə bağlı XƏBƏRDARLIQ 17:37 Azərbaycan və İran arasında yeni əməkdaşlıq 17:27 Avropa "qovrulur" - Həyat iflic oldu 17:22 Namik Ələskərovun “Zirə” macərası başa çatdı! 17:04 Təqaüdçüləri aldadıb pullarını mənimsədi 17:01 Türkiyədən Nəriman Axundzadəyə yeni şans! 16:54 Rüşvətə görə həbs edilən 3 vəzifəli şəxsin işi məhkəməyə göndərildi 16:41 Ceki Çan Bakıda zədələndi - VİDEO 16:50 DİQQƏT: Əhaliyə sarı xəbərdarlıq! 16:33 Bütün Xəbərlər