Hər evin qarşısında bir "tramplin": Qanunsuz maneə quraşdıranları hansı cərimələr gözləyir?

Hər evin qarşısında bir "tramplin": Qanunsuz maneə quraşdıranları hansı cərimələr gözləyir?
17.06.2026 00:30 Cəmiyyət

Şəhər və qəsəbələrdə, xüsusilə məhəllədaxili küçələrdə sakinlər tərəfindən quraşdırılan sürətazaldıcı maneələrin sayı son illərdə artıb. Bəzi ərazilərdə demək olar ki, hər yaşayış evinin qarşısında belə qurğulara rast gəlinir.

TodayPress TV xəbər verir ki, sakinlər bildiriblər ki, bu addımın əsas məqsədi avtomobillərin yüksək sürətlə hərəkət etməsinin qarşısını almaq və uşaqların, eləcə də piyadaların təhlükəsizliyini təmin etməkdir. Onların sözlərinə görə, bəzi hallarda sürətlə hərəkət edən avtomobillər az qala qəzalara səbəb olub.

Bununla yanaşı, bir sıra sürücülər məhəllələrdə həddindən artıq sayda sürət maneəsinin quraşdırılmasından narazıdırlar. Onlar hesab edirlər ki, belə qurğuların çoxluğu nəqliyyat vasitələrinin normal hərəkətinə mane olur və avtomobillərin texniki vəziyyətinə mənfi təsir göstərir.

Mütəxəssislərin sözlərinə görə, ümumi istifadədə olan yollar və məhəllədaxili küçələrdə sürətazaldıcı maneələrin quraşdırılması yalnız aidiyyəti dövlət qurumlarının razılığı əsasında həyata keçirilə bilər. Özbaşına şəkildə yolun hərəkət hissəsində belə qurğuların yerləşdirilməsi qanunvericiliyə uyğun hesab edilmir.

Nəqliyyat sahəsi üzrə ekspertlərin bildirdiyinə görə, çoxmənzilli yaşayış binalarının həyətlərində təhlükəsizlik məqsədilə müəyyən məhdudlaşdırıcı vasitələrin quraşdırılmasına icazə verilir. Bu məsələlər yaşayış sahələrinin idarə olunmasını tənzimləyən qanunvericilik normaları ilə müəyyən edilir.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli isə qeyd edib ki, mövcud qaydalara əsasən, yolun hərəkət hissəsində sədlərin, şlaqbaumların və digər maneələrin quraşdırılması, eləcə də nəqliyyat vasitələrinin və piyadaların sərbəst hərəkətinə əngəl yaradılması qadağandır:

"Qanunvericiliyin tələblərini pozan şəxslər inzibati məsuliyyət daşıyırlar. İcazəsiz sürət maneələrinin quraşdırılmasına görə fiziki şəxslər 80-100 manat, vəzifəli şəxslər 400-500 manat, hüquqi şəxslər isə 3000-4000 manat məbləğində cərimə oluna bilərlər"(milli.az).

TodayPress TV

NEWS FEED
17 JUNE 2026
Qırğızıstanda Zobel mükafatı təsis edildi 20:38 Sabiq prezident insanlığa qarşı cinayətlərdə ittiham olunur 22:49 İran İsraili sərt cavab tədbirləri ilə hədələdi 01:25 Fransa DÇ-2026-ya qələbə ilə başladı 01:07 Livanda ölənlərin sayı AÇIQLANDI 20:36 Azərbaycanda müğənni qəzaya düşdü 00:35 Hər evin qarşısında bir "tramplin": Qanunsuz maneə quraşdıranları hansı cərimələr gözləyir? 22:46 Fabritsio Romano açıqladı: "Qarabağ" Elvinin yerinə onu gətirir 23:57 Suala elə cavab verdi ki, əvvəl güldürdü, sonra kədərləndirdi 22:10 "DeepSeek"dən tarixi rekord - 50 milyard dollar! 23:31 Tanınmış vəkilə AĞIR İTKİ 23:36 Bu ərazilərdə qaz kəsiləcək 22:07 Almaniya Yaxın Şərqə mina təmizləyən gəmilər göndərdi - Mertsdən diqqətçəkən açıqlama 22:47 Ruben Amorim "Milan"ın baş məşqçisi oldu 22:01 Pekindən Londona etiraz: "Birtərəfli sanksiyalara qəti qarşıyıq!" 22:33 Hindistanda "Telegram" bloklandı - SƏBƏB 21:56 Ukraynaya məxsus hərbi təyyarə qəzaya uğradı - Pilotlar öldü 22:26 Azərbaycanda ilk dəfə: Cəbrayılda nəhəng istixana aqroparkı yaradılacaq 21:54 Azarkeşlərin diqqətinə: "Neftçi"nin yeni mövsüm üçün tam hazırlıq qrafiki! 22:16 Türkiyə öz ərazisində zenit-raket kompleksini yerləşdirəcək 21:45 Əsrin sövdələşməsi: Vaşinqton və Tehran arasında 14 bəndlik razılaşması yayıldı 21:48 Prokurorluğun Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatın DETALLARI 21:37 Livanda PUA dəhşəti: "Hizbullah" üzvlərinin olduğu avtomobillər hədəfə alındı 19:39 Bakıda keçirilən iclasda tarixi qərar 20:42 "Qarabağ" yeni mövsümə necə hazırlaşır? - Qurban Qurbanov danışdı 21:20 All News