Hava kəskin soyuyur? – Rəsmi açıqlama

Hava kəskin soyuyur? – Rəsmi açıqlama
14.01.2026 17:33 Cəmiyyət

Sosial şəbəkələrdə ölkə ərazisində havanın kəskin soyuyacağı, temperaturun mənfi dərəcələrə enəcəyi və qarın hündürlüyünün 40 santimetrə çatacağı ilə bağlı yayılan məlumatlar müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova TodayPress TV-yə açıqlama verib.


O bildirib ki, yayılan məlumatlar reallığı tam əks etdirmir:

"Rəsmi proqnoza əsasən, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, bəzən buludluluq artacaq. Günün birinci yarısında ara-sıra yağış yağacağı gözlənilir. Şimal-qərbdən mülayim külək əsəcək. Gecə saatlarında hava bir qədər sərinləşsə də, gündüz mülayim isti keçəcək.

Regionlarda isə hava şəraiti nisbətən dəyişkən olacaq. Bəzi yerlərdə yağış gözlənilir, dağlıq və dağətəyi ərazilərdə sulu qar və qar yağacağı ehtimal olunur. Ayrı-ayrı ərazilərdə yağıntının güclü olacağı istisna edilmir. Axşam saatlarından etibarən yağış tədricən kəsiləcək, bəzi yerlərdə duman müşahidə olunacaq. Külək qərbdən mülayim əsəcək".

Gülşad Məmmədovanın sözlərinə görə, dağlıq ərazilərdə hava daha soyuq olacaq, xüsusilə yüksək dağlarda şaxtalı hava şəraiti gözlənilir. Lakin sosial şəbəkələrdə iddia edildiyi kimi, ölkə üzrə geniş ərazilərdə 40 sm qar örtüyünün formalaşması ilə bağlı rəsmi proqnoz yoxdur.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
15 JUNE 2026
Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 DÇ-2026: İspaniya-Kabo Verde oyunu başladı 20:09 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 ABŞ qalib gəlmədi, İran məğlub olmadı: Əsl qalib kimdir? 19:39 Aİ Rusiyanın sanksiyalarına qarşı Ermənistana dəstək planı hazırlayır 19:10 Ukrayna dronlarına ağır zərbə riski: Rusiya ordusu "Starlink"ə qarşı yeni üsul öyrəndi 19:04 Oman ABŞ-İran tarixi sülh razılaşmasını rəsmən alqışladı 18:46 İsrailin sabiq baş naziri: "Netanyahu müharibəni uduzdu" 18:39 Pezeşkian elan etdi: ABŞ və İran arasında müharibə bu tarixdə bitir 18:33 "Sanksiyalar ləğv edilməyəcək!" - Fon der Lyayen İrana şərt qoydu 18:19 Azərbaycan boksçuları Dünya Kubokuna qələbə ilə başladı 18:09 Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 All News