Hansı hallarda sürücü məsuliyyətə cəlb olunmamalıdır? - ŞƏRH

Hansı hallarda sürücü məsuliyyətə cəlb olunmamalıdır? - ŞƏRH
03.09.2025 15:56 Cəmiyyət

"Piyada əlini-qolunu sallayıb istədiyi yerdən yolu keçməsə, yol qəzalarının sayı da əhəmiyyətli dərəcədə azalar".

Nəqliyyat eksperti Elməddin Muradlı bunu TodayPress TV-yə şərh edərkən deyib.

O vurğulayıb ki, piyada vurma halları Azərbaycanda ən çox müzakirə olunan mövzulardan biridir və bu məsələ cəmiyyət arasında ciddi narazılıq doğurur. Onun sözlərinə görə, insanların narazılığı tam ədalətlidir. Əgər qəza piyadanın məsuliyyətsizliyi səbəbindən baş verirsə, sürücünün məsuliyyətə cəlb olunması düzgün deyil.

Ekspert diqqətə çatdırıb ki, bir çox ölkələrdə sürücü və piyada arasındakı məsuliyyət 50-50 və ya 60-40 nisbətində bölünür. Azərbaycanda isə vəziyyət tam fərqlidir:

“Bizdə təxminən 90 faiz hallarda 10 qəzanın 9-da sürücü günahkar hesab olunur. Bu, bizi ciddi narahat edir. Ümid edirəm ki, istintaq orqanları yayılan görüntüləri əsas götürərək daha obyektiv qərarlar qəbul edəcəklər”.

Mütəxəssis həmçinin bildirib ki, qəzaların əksəriyyəti məhz piyada keçidlərinin yaxınlığında baş verir:

"İnsanlar 10-20 metr kənardan keçməyə razıdırlar. Çox vaxt nə yeraltı, nə də yerüstü keçidlərdən istifadə edirlər. Səbəb olaraq isə "ayağım ağrıyır", "özümü pis hiss edirəm" kimi müxtəlif bəhanələr gətirirlər. Təəssüf ki, telefondan ayrılmır, qulaqlıqdan istifadə edir, yaxınlaşan təhlükəni hiss etmirlər. Hətta piyada keçidinin özündən belə qaçaraq istifadə edirlər ki, bu da qanunla qadağandır".

E.Muradlı onu da əlavə edib ki, qanuna görə, yüksək sürətli yollarda, məsələn, 100 km/saat və daha artıq sürət həddində piyada vurulursa və sağ qalırsa, sürücü məsuliyyət daşımır. Amma əslində, belə sürətlə vurulan piyadanın sağ qalma ehtimalı çox azdır. Onun fikrincə, bu, qanunda ziddiyyət və narahatlıq doğurur.

"Piyadanın günahı sübuta yetirilən hallarda məsuliyyətə cəlb olunması vacibdir. Piyada qaydanı pozaraq qəza törədirsə, o, məsuliyyət daşımalı, avtomobilə dəymiş zərəri ödəməlidir. Bu məsələnin ictimailəşdirilməsi vacibdir ki, insanlar qanun qarşısında bərabər olduqlarını görsünlər", - deyə ekspert fikrini yekunlaşdırıb.

Qeyd edək ki, son vaxtlar Daxili İşlər Nazirliyi tərəfindən piyadaların vurulması hallarının videosu yayılır. Görünən odur ki, bu cür qəzaların sayı da artıb. Ancaq burada vacib bir məqam odur ki, sürücü günahsız belə olsa, məsuliyyətə cəlb olunur. Belə ki, əksər insanlar yolu piyada zolağından yox, kənardan keçir. Belə və başqa bir sıra hallarda sürücünün günahı yoxdursa, ölüm halı belə olsa məsuliyyətə cəlb olunmamasını istəyir.

Aysel Mətləb

TodayPress TV

FOTOLAR

Hansı hallarda sürücü məsuliyyətə cəlb olunmamalıdır? - ŞƏRH — 1
XƏBƏR LENTİ
16 IYUN 2026
Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 Bütün Xəbərlər