Gürcüstanda Xocalı faciəsinin ildönümü qeyd olundu

Gürcüstanda Xocalı faciəsinin ildönümü qeyd olundu
22.02.2026 14:22 Cəmiyyət

Gürcüstanda soydaşlarımızın kompakt yaşadığı Bolnisi şəhərində Xocalı faciəsinin ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

TodayPress TV "Report"a istinadən xəbər verir ki, tədbirdə əvvəlcə Xocalı qurbanlarının xatirəsi ehtiramla yad olunub, çıxışlar edilib. Natiqlər Xocalı faciəsinin Azərbaycan tarixinin unudulmayan və ağrılı səhifəsi olduğunu vurğulayaraq, bu hadisələrin yaddaşlardan silinməməsinin vacibliyini bildiriblər. Çıxışlarda qeyd olunub ki, Xocalıdan yüksələn səs şəhidlərin ruhunun harayıdır və bu haray ədalətin bərqərar olunmasına çağırışdır.

Eyni zamanda, 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi Qələbədən bəhs edilib, şəhidlərin qanının yerdə qalmadığı diqqətə çatdırılıb.

Tədbir çərçivəsində Xocalı faciəsini əks etdirən foto-sərgi də təşkil olunub. Sərgidə faciənin dəhşətlərini, dinc sakinlərə qarşı törədilmiş qətliamın nəticələrini və Xocalı qurbanlarının xatirəsini əks etdirən fotolar nümayiş etdirilib. İştirakçılar sərgi ilə yaxından tanış olaraq, tarixi faktların vizual şəkildə təqdimatının xüsusilə gənc nəslin maarifləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildiriblər.

Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin rəhbəri Rezo Həsənov "Report"un Gürcüstan bürosuna açıqlamasında bildirib ki, Xocalı unudulmayan tarixdir: "Bu, bizim qan yaddaşımızdır. Tariximizi unutmamalı, onu gələcək nəsillərə olduğu kimi çatdırmalıyıq." Anım mərasimi iştirakçıların faciə qurbanlarının xatirəsinə ehtiram ifadə etməsi ilə başa çatıb.

TodayPress TV

PHOTOS

Gürcüstanda Xocalı faciəsinin ildönümü qeyd olundu — 1
Gürcüstanda Xocalı faciəsinin ildönümü qeyd olundu — 2
NEWS FEED
01 AUGUST 2026
Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 All News