FHN Xaçmazda yanğın-taktiki təlim keçirdi

FHN Xaçmazda yanğın-taktiki təlim keçirdi
14.06.2025 12:33 Cəmiyyət

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı və Şimal Regional Mərkəzinin iştirakı ilə Xaçmaz rayonu, Xudat şəhərində yerləşən “FoodCity Aqrokompleks” ərazisində “Anbarlarda baş verən yanğınların söndürülməsi və insanların təxliyəsinin təşkili” mövzusunda yanğın-taktiki təlim keçirilib.

Bu barədə TodayPress TV-yə FHN-dən məlumat verilib.

Təlimin keçirilməsində əsas məqsəd anbar tipli obyektlərdə yanğın baş verdikdə əraziyə cəlb olunan yanğın-xilasetmə qüvvələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi, mümkün yanğınların söndürülməsi və xilasetmə üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsi, habelə obyektin aidiyyəti heyətinin yanğınlar zamanı ilkin davranış qaydaları barədə biliklərinin artırılması olub.

Təlim zamanı baş vermiş şərti yanğın yerinə operativ çatan Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Şimal Regional Mərkəzinin qüvvələri tərəfindən işçilərin “təhlükəli ərazidən” təxliyə edilməsi və “yaralıların xilas edilməsi”, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatları yerinə yetirilib.

Təlimə ümumilikdə 6 ədəd texnika və 47 nəfərdən ibarət şəxsi heyət cəlb olunub.

Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələrin təhlili aparılıb, müvafiq tapşırıqlar verilib.

FOTOLAR

FHN Xaçmazda yanğın-taktiki təlim keçirdi — 1
FHN Xaçmazda yanğın-taktiki təlim keçirdi — 2
FHN Xaçmazda yanğın-taktiki təlim keçirdi — 3
FHN Xaçmazda yanğın-taktiki təlim keçirdi — 4
FHN Xaçmazda yanğın-taktiki təlim keçirdi — 5
FHN Xaçmazda yanğın-taktiki təlim keçirdi — 6
FHN Xaçmazda yanğın-taktiki təlim keçirdi — 7
FHN Xaçmazda yanğın-taktiki təlim keçirdi — 8
FHN Xaçmazda yanğın-taktiki təlim keçirdi — 9
XƏBƏR LENTİ
15 IYUN 2026
Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 Məhəmməd Muradlı beynəlxalq şahmat turnirində birinci oldu 21:35 Bütün Xəbərlər