FHN su hövzələrinə üz tutan vətəndaşlara müraciət etdi

FHN su hövzələrinə üz tutan vətəndaşlara müraciət etdi
08.08.2026 15:31 Cəmiyyət

Fövqəladə Hallar Nazirliyi (FHN) su hövzələrinə üz tutan vətəndaşlara müraciət edib.

TodayPress TV xəbər verir ki, nazirliyin yaydığı müraciətdə təhlükəsizlik qaydalarına əməl etməyin vacibliyi xatırladılıb.

"Hazırda ölkə ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qızmar isti hava şəraiti müşahidə olunur. Belə havanın bazar günü də davam edəcəyi gözlənilir. Bu hava şəraitində, xüsusilə həftəsonları vətəndaşlar istirahət üçün kütləvi şəkildə su hövzələrinə üz tutur. Lakin təəssüflə qeyd olunmalıdır ki, bəzi vətəndaşlar tərəfindən müvafiq təhlükəsizlik qaydalarına əməl olunmaması sonda acı nəticələrə səbəb olur," - məlumatda qeyd olunub.

Həmçinin vurğulanıb ki, çimərlik kimi nəzərdə tutulmamış ərazilərdə, o cümlədən kanal, çay, arx və digər su hövzələrində çimmək, habelə çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək, xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq qadağandır.

Çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir. Qızmar günəş altında fasiləsiz dayanmaq və hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir.

TodayPress TV

NEWS FEED
08 AUGUST 2026
Hörmüz boğazında tankerə raket zərbəsi: Səudiyyə Ərəbistanından İrana xəbərdarlıq 17:10 Vuçiçdən Zelenskiyə Aİ vədi: “Ukraynaya kömək edəcəyik” 17:04 Əraqçi: "Hörmüz boğazında yeni marşrut hazırlanır" 16:27 Türkiyədə tunel uçdu: Ölən və yaralananlar var 16:13 Medvedev Ermənistana xəbərdarlıq etdi: “Gürcüstanın taleyini təkrarlayacaq” 16:16 "Arsenal" Brunu Qimaraynşi transfer etdi 16:08 İşlədiyi evdən 10 min manat oğurlayan şəxs saxlanıldı 15:55 FHN su hövzələrinə üz tutan vətəndaşlara müraciət etdi 15:31 Lionel Messinin atası vəfat etdi 15:08 Türkiyə Qara dənizdə gəmilərin hərəkətini məhdudlaşdırır – SƏBƏB 14:59 Hikmət Hacıyev: “İlham Əliyev həm müharibəni, həm də sülhü qazanıb” 14:47 Hörmüz boğazı ilə bağlı kritik razılaşma: İran və Oman detalları razılaşdırır 14:28 Azərbaycanın qızlardan ibarət basketbol millisi Estoniyaya qalib gəldi 14:05 Sumqayıtda avtomobil sexi yandı - VİDEO 13:48 Fransa XİN: "Azərbaycan və Ermənistan arasında tarixi addımlar atılıb” 13:25 Azərbaycanda 61 cinayətin üstü açıldı 13:21 ABŞ-də İrana qarşı müharibə ilə bağlı çağırış: "Tramp müharibəni bitirsin" 13:03 Sabah hava necə olacaq? - PROQNOZ 12:46 Britaniyadan Azərbaycan və Ermənistan liderlərinə mesaj: “Tarixi addımı yüksək qiymətləndiririk 12:42 Nikol Paşinyan Prezident İlham Əliyevə zəng etdi 12:36 Pakistanın müdafiə naziri: “Müsəlman ölkələri NATO kimi birləşməlidir” 12:30 Ermənistanda Tsarukyanın kürəkəni saxlanıldı, yaxın adamı həbs edildi - VİDEO 12:16 Müəllimlərin faktiki yaşayış rayonuna uyğun vakansiya seçimi başladı 12:06 Pensiyalar ÖDƏNİLDİ 11:20 Gürcüstandan Rusiyaya çağırış: İşğala son qoyun! 11:24 All News