FHN silsilə maarifləndirmə tədbirləri keçirdi

FHN silsilə maarifləndirmə tədbirləri keçirdi
25.06.2025 16:24 Cəmiyyət

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

Bu barədə TodayPress TV-yə FHN-dən məlumat verilib.

Belə ki, FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi tərəfindən Yasamal rayon 10 nömrəli uşaq poliklinikasında, Xətai rayon 28 nömrəli şəhər poliklinikasında və Binəqədi rayon 272 nömrəli körpələr evi-uşaq bağçasında, Sumqayıt Regional Mərkəzi tərəfindən Abşeron rayon, Xırdalan şəhər 15 nömrəli körpələr evi-uşaq baxçasında, Şimal-qərb Regional Mərkəzi tərəfindən Qəbələ rayon “Qafqaz Tufandağ Mountain Resort”, “Qafqaz Riverside” “Qəbələ Yeddi Gözəl” hotellərində, Qəbələ rayon Vəndam qəsəbəsi “Aqro kompleks Qəbələ” MMC-də, Qarabağ Regional Mərkəzi tərəfindən Ağcabədi 40 nömrəli Yol İstismarı idarəsində və Azərpoçt MMC-nin İmişli Regional Poçt filialının Beyləqan rayon Müştəri xidmətləri şöbəsində, Aran Regional Mərkəzi tərəfindən Mingəçevir Su Elektrik Stansiyasında, Gəncə Regional Mərkəzi tərəfindən Gəncə şəhər 52 nömrəli və Samux rayon Çobanabdallı kənd körpələr evi-uşaq bağçalarında, Muğan Regional Mərkəzi tərəfindən İmişli rayonu Dövlət Aqrar İnkişaf Mərkəzində maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, sularda təhlükəsizliklə bağlı məsələlər diqqətə çatdırılıb və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.

FOTOLAR

FHN silsilə maarifləndirmə tədbirləri keçirdi — 1
FHN silsilə maarifləndirmə tədbirləri keçirdi — 2
FHN silsilə maarifləndirmə tədbirləri keçirdi — 3
FHN silsilə maarifləndirmə tədbirləri keçirdi — 4
FHN silsilə maarifləndirmə tədbirləri keçirdi — 5
FHN silsilə maarifləndirmə tədbirləri keçirdi — 6
FHN silsilə maarifləndirmə tədbirləri keçirdi — 7
FHN silsilə maarifləndirmə tədbirləri keçirdi — 8
FHN silsilə maarifləndirmə tədbirləri keçirdi — 9
XƏBƏR LENTİ
15 IYUN 2026
İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Məşhur futbolçu Fransa Prezidenti olacaq? 12:54 Sabah hava necə olacaq? - AÇIQLANDI 12:39 Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO 12:32 Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Azərbaycan XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmaya reaksiya verdi 12:10 Bu yollar təmir edilir - SİYAHI 11:40 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək 11:33 Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Bütün Xəbərlər