FHN irimiqyaslı təlim keçirdi

FHN irimiqyaslı təlim  keçirdi
24.04.2026 12:43 Cəmiyyət

Siyəzən rayonunda “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib.

TodayPress TV  xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal Regional Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbirdə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, FHN Şimal Regional Mərkəzinin rəisi polkovnik Fuad İlyasov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Fövqəladə Hallar Komissiyası və mülki müdafiə xidmətləri iştirak ediblər.

Təlimdən əvvəl keçirilən müşavirədə çıxış edən polkovnik Fuad İlyasov fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı idarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin əhəmiyyətini vurğulayıb. İcra başçısı Novruz Novruzov isə mülki müdafiə sahəsində qurumların birgə əməkdaşlığının əhalinin təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığını diqqətə çatdırıb.

Müşavirənin ardından rayonun Böyük Həmyə kəndi ərazisində təlimin praktik hissəsinə start verilib. Təlim zamanı şərti fövqəladə hal baş vermiş ərazidə kəşfiyyatın aparılması, yanğınların söndürülməsi, partlayış baş vermiş obyektdə axtarış-xilasetmə işləri və zərərçəkmişlərə ilkin tibbi yardımın göstərilməsi əməliyyatları icra olunub. Eyni zamanda, kommunal-enerji sistemlərində qəzaların aradan qaldırılması və insanların təhlükəsiz ərazilərə köçürülərək çadır şəhərciyində yerləşdirilməsi simulyasiya edilib.

Kompleks təlimə ümumilikdə 196 nəfərlik şəxsi heyət və 29 ədəd xüsusi təyinatlı texnika cəlb olunub. Təlimin gedişində FHN qüvvələri və rayonun mülki müdafiə dəstələri yüksək peşəkarlıq nümayiş etdirərək qarşıya qoyulmuş məqsədlərə nail olublar.

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 All News