FHN-də “açıq qapı günü” keçirildi

FHN-də  “açıq qapı günü” keçirildi
31.05.2025 14:29 Cəmiyyət

Fövqəladə Hallar Nazirliyi tərəfindən şəhid övladları üçün “1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə silsilə “açıq qapı günü” tədbirləri keçirilib.  Növbəti belə tədbir Fövqəladə Hallar Nazirliyinin Akademiyasında təşkil olunub. 

TodayPress TV xəbər verir kİ, tədbirdə şəhid ailələrinin üzvləri, FHN-in, yerli icra hakimiyyəti və müvafiq qurumların məsul əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Əvvəlcə, Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Sonra uşaqlar Akademiyanın Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə tanış olub, konfrans zalı, fənn kabinetləri və kitabxanaya baş çəkiblər. 

“Açıq qapı günü”ndə uşaqlara Nazirliyin xilasediciləri və yanğınsöndürənləri tərəfindən yanğın-xilasetmə texnikası və avadanlıqları təqdim olunub, xilasedicilərin gündəlik iş fəaliyyəti barədə məlumat verilib, uşaqların sualları cavablandırılıb. 

Uşaqların iştirakı ilə təşkil olunan təlim onlarda böyük marağa səbəb olub.  Tədbir FHN-in İdman-sağlamlıq klubunun bazasında bədii hissə və klubun idmançılarının nümunəvi çıxışı ilə davam etdirilib. 

Sonda uşaqlara hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib. 

Qeyd edək ki, şəhid övladları üçün “1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə “açıq qapı günü” tədbirləri Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyində və FHN-in regional mərkəzlərində də keçirilib.

FOTOLAR

FHN-də  “açıq qapı günü” keçirildi — 1
FHN-də  “açıq qapı günü” keçirildi — 2
FHN-də  “açıq qapı günü” keçirildi — 3
FHN-də  “açıq qapı günü” keçirildi — 4
FHN-də  “açıq qapı günü” keçirildi — 5
FHN-də  “açıq qapı günü” keçirildi — 6
FHN-də  “açıq qapı günü” keçirildi — 7
FHN-də  “açıq qapı günü” keçirildi — 8
FHN-də  “açıq qapı günü” keçirildi — 9
XƏBƏR LENTİ
15 IYUN 2026
Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Bütün Xəbərlər