Ev tikmək istəyənlərin DİQQƏTİNƏ! Tikinti materialları bahalaşacaq

Ev tikmək istəyənlərin DİQQƏTİNƏ! Tikinti materialları bahalaşacaq
02.02.2026 17:08 Cəmiyyət

“Dəmir armatur və şüşə tikintidə əsas materiallar olduğuna görə onların idxalına əlavə gömrük yığımları tətbiq edilməsi qiymətləri yüksəldə bilər”.  

Bu fikirləri Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli TodayPress TV-yə yeni gömrük rüsumlarından danışarkən deyib.


O bildirib ki, bu qərar tikinti bazarında xərclərin artmasına səbəb ola bilər:

"İdxalçılar artan xərcləri kompensasiya etmək üçün məhsulların satış qiymətini qaldıra, bu da tikinti şirkətlərinin ümumi maya dəyərini artıra bilər. Nəticədə yeni tikilən binaların, xüsusən də mənzillərin qiymətlərində artım ehtimalı yaranır. Xüsusilə idxaldan asılı olan layihələrdə bu təsir daha çox hiss oluna bilər". 

İqtisadçı əlavə edib ki, digər tərəfdən, bu addım yerli istehsalçıları qorumaq və daxili istehsalı stimullaşdırmaq məqsədi daşıyırsa, uzun müddətdə bazarda yerli materialların payı arta və qiymət artımının təsiri zəifləyə bilər:

"Qısamüddətli dövrdə isə tikinti sektorunda müəyyən durğunluq, bəzi layihələrin gecikməsi və ya daha bahalı şərtlərlə həyata keçirilməsi ehtimalı mövcuddur. Bu da alıcılar üçün mənzilə çıxışın bir qədər çətinləşməsinə səbəb ola bilər".

Qeyd edək ki, dəmir armaturlar və şüşə listlər üçün müvəqqəti əlavə gömrük yığımları müəyyənləşib. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, dəmirdən və ya aşqarlanmamış poladdan çubuqların (dəmir armaturlar) 1 tonu üçün 150 manat, müxtəlif nomenklatur kodlar altında təsnif olunmuş şüşə listlərin 1 tonu üçün isə 100 manat gömrük yığımları tətbiq ediləcək.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
Kreml: Zelenski ciddi danışıqlara hazırdırsa, Moskvaya gələ bilər 13:44 Paşinyan Koçaryanı Bakıya təhvil verir? – İrəvanı qarışdıran GÖZLƏNİLMƏZ PLAN 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 All News