Etibarnamə alıb-verənlərin nəzərinə! -Yeni qayda qüvvəyə minir

Etibarnamə alıb-verənlərin nəzərinə! -Yeni qayda qüvvəyə minir
09.06.2026 12:39 Cəmiyyət

Təcrübədə etibarnamə əsasında avtomobili bir neçə şəxsin idarə etməsi halları geniş yayılıb. Bundan başqa, nəqliyyat vasitəsinin alqı-satqısının da etibarnamə əsasında aparılması az deyil.

TodayPress TV xəbər verir ki, son illər hətta qəza törətmiş sürücülərin növbəti ildə yüksək məbləğdə sığorta haqqı ödəməkdən yayınmaq üçün maşını digər şəxslərə etibarnamə verməklə onların adından avto-icbari sığorta etdirmələrinə də rast gəlinir.

Ancaq görünən odur ki, bundan sonra başqasına etibarnamə verənlər və ya etibarnamə əsasında avtomobil idarə edənlər bu barədə bir daha düşünməli olacaqlar.

Belə ki, Mərkəzi Bankın müvafiq dəyişikliyinə əsasən, sığorta müqaviləsi bağlanan zaman nəqliyyat vasitəsini qanunvericiliyə uyğun olaraq idarə etmək hüququ olan şəxslərin sayı birdən artıq olduqda, həmin şəxslər arasında ən yüksək riskə malik şəxsin Sığorta Tarixçəsi Əmsalı tətbiq olunacaq.

Yəni avtomobil  üzrə başqa şəxslərə etibarnamə verilibsə, bu zaman onu sığorta etdirərkən təkcə həmin şəxsin yox, etibarnaməsi olan digər şəxslərin də sığorta tarixçəsi nəzərə alınacaq. Nəticədə sığorta etdirən qəza törətmiş olmasa da, avtomobili idarə etmək hüququ olan digər şəxslərə görə sığorta haqqı yüksək ola bilər. Həmçinin qəza törətmiş şəxs digərinə etibarnamə verməklə yüksək məbləğdə sığorta haqqı ödəməkdən yayına bilməyəcək. Beləliklə, avtomobili idarə etmək hüququ olan şəxslərdən yüksək riskli olanın sığorta tarixçəsinə uyğun sığorta haqqı müəyyən ediləcək.

Qaydaya görə, avtomobili 2 və ya daha çox şəxsin idarə etmək hüququnun mövcudluğu mülkiyyət hüququnu təsdiq edən sənəd, icarə və ya digər əşya hüquqlarına dair müqavilə, habelə nəqliyyat vasitələrinin istifadə edilməsi və ya ona sərəncam verilməsi hüquqları ilə bağlı etibarnamə əsasında müəyyən olunur. Yəni etibarnamə ilə yanaşı, qeyd edilən digər sənədlər də avtomobili 2 və ya daha çox şəxsin idarə etməsi deməkdir. Bu da sığorta haqqının hesablanmasında nəzərə alınacaq.

Yeri gəlmişkən, dəyişikliklərə əsasən, mövcud "Bonus-Malus” sistemi fərdi sığorta tarixçəsinə əsaslanan Sığorta Tarixçəsi Əmsalı ilə əvəz olunacaq. Bu mexanizmə əsasən, üçüncü şəxslərin səhhətinə və əmlakına zərər vurulan zaman zərər vuran şəxslərin sığorta haqlarına hər zərər vurduqları hadisəyə görə 30 faiz əlavə tətbiq olunacaq.

Hazırda qüvvədə olan qaydaya görə, sığorta haqqı hesablanarkən avtonəqliyyat vasitəsini yalnız bir şəxsin idarə etmək hüququ olduqda 1, iki və ya daha çox şəxsin idarə etmək hüququ olduqda 1.15 əmsal tətbiq edilir. Dəyişiklik qüvvəyə minəndən sonra avtonəqliyyat vasitəsi sahiblərinin sayı beş və ya daha çox olduqda 1.15 əmsal tətbiq ediləcək. Bu saydan az olduqda isə 1 əmsal tətbiq olunacaq.

Qeyd edək ki, yeni qayda 16 iyun 2026-cı ildən qüvvəyə minir.

(Qafqazinfo)

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 All News