Ermənistan qızıl zavodlarını Azərbaycana verir - İDDİA

Ermənistan qızıl zavodlarını Azərbaycana verir - İDDİA
05.06.2026 14:20 Cəmiyyət

Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Mariya Zaxarova bildirib ki, ABŞ və Qərb Ermənistanla əməkdaşlıqda əsasən ölkənin strateji və faydalı qazıntı resurslarına maraq göstərir. 

Bu kontekstdə Azərbaycanın da Gədəbəy, Daşkəsən, Kəlbəcər və Zəngilan kimi bölgələrdə qızıl və digər qiymətli metal yataqlarının işlənməsi üzrə təcrübəsi nəzərə alınaraq, gələcəkdə “AzərGold” kimi dövlət şirkətlərinin Ermənistanın mədən layihələrində iştirak ehtimalı sual doğurur.

Mövzu ilə bağlı TodayPress TV-yə danışan iqtisadçı Emin Qəribli bildirib ki, gələcəkdə bu, real ola bilər:


"Bəli, əlbəttə ki, gələcəkdə bu realdır. Çünki artıq biz neft ixrac eləyiriksə, benzin ixrac eləyiriksə, təbii ki, bu layihələr realdır. Lakin təbii ki, hesab edirəm ki, bunun üçün bir müəyyən vaxt lazımdır. Yönümlü elə ticarət münasibətləri başlayıb ki, gələcəkdə indi qeyd etdiyim iqtisadi münasibətlərə zəmin yaransın. Lakin təbii ki, bu layihələrdə iştirak etmək, müəyyən zaman tələb olunur".

İqtisadçı həmçinin “AzərGold”un potensialına da toxunaraq əlavə edib ki,  Ermənistanın və digər qonşu ölkələrin belə şirkətlərə də ehtiyacı var.

"Orada da bizim AzerGold şirkəti artıq müəyyən təcrübə toplayıb, investisiya potensialına malik olan şirkətdir. Hesab edirəm ki, Ermənistanın və digər qonşu ölkələrin belə şirkətlərə də ehtiyacı var, investisiya baxımından. Fikrimcə, qısa zaman ərzində bu proseslər də həyata keçirilə bilər, lakin müəyyən zaman tələb olunur", - deyə Emin Qəribli fikrini tamamlayıb.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
15 JUNE 2026
Azərbaycan boksçuları Dünya Kubokuna qələbə ilə başladı 18:09 Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 All News