Ərəbcə eşidirik deyə dualarımız qəbul olmur? – Həqiqətlər

Ərəbcə eşidirik deyə dualarımız qəbul olmur? – Həqiqətlər
24.04.2026 14:16 Cəmiyyət

Müğənni Murad Arifin yas məclislərində ərəb dilində oxunan dualarla bağlı səsləndirdiyi fikirlər ictimai müzakirələrə səbəb olub. Belə ki, o, bu duaların adətlərdən silinməsini təklif edib.

Mövzuya münasibət bildirən ilahiyyatçı Tural İrfan TodayPress TV-yə duaların dili və mahiyyəti ilə bağlı geniş açıqlama verib.


O bildirib ki, bu istiqamətdə uzun illərdir maarifləndirmə işi aparırlar və əsas məsələ duanın mahiyyətinin başa düşülməsidir:

"Bu barədə illərlə maarifləndirmə aparırıq. Dəfələrlə demişik ki, dua Allahla münacatdır, hər kəs öz dilində oxumalıdır. İslama görə yalnız namaz orijinal mətndə qılınmalıdır. Yerdə qalan bütün dua və ibadətlər hər kəsin öz dilində, səmimi şəkildə olmalıdır. Xüsusən cəm halda edilən duaları gərək ‘Amin’ deyən hər kəs anlasın ki, nəyi təsdiq etdiyini bilsin".

İlahiyyatçının sözlərinə görə, tarix boyu bəzi dini təbəqələr bu sahədə yanlış ənənələrin formalaşmasına səbəb olub:

"Lakin əsrlərdir istismarçı ruhani təbəqə xurafat və mövhumatı din adı ilə xalqa sırıyıb. Ərəb və farsa dua oxumağı ona görə dəbə salıblar ki, başqaları bacarmasın. Yəni, özlərinə sənət, peşə qondarmaq üçün digərlərindən fərqlənmək üçün hansısa əlamətlər olmalıdır. Yas və digər mərasimlərdə xüsusi din xadiminin seçilməsi də zəruri deyil. Özü də yasda, toyda, ümumiyyətlə məclisdə Allaha dua etmək üçün molla, ruhani seçmək lazım deyil. Əksinə Allaha daha yaxın, ağsaqqal, müdrik adamlar önə çıxıb öz ana dilimizdə dua etməlidir".

Ekspert bəzi dini mərasimlərin formal xarakter aldığını və bunun hörmətsizlik kimi qiymətləndirilə biləcəyini vurğulayıb:

"Yoxsa min hoqqadan çıxıb, dini pula satan din tacirlərinin məclisin başına keçirib fars ləhcəsi ilə nağıl danışdırmaq, natamam ərəb dilində dua etdirmək həm ölüyə, həm də diriyə hörmətsizlikdir. İslamda ayrıca ruhani sinif anlayışı mövcud deyil. İslam dinində ümumiyyətlə molla, axund, ruhani təbəqəsi yoxdur. Peyğəmbərlər bu istismarçı sinifləri ləğv etmək üçün gəlib və ləğv edib. Sonradan dini təhrif edərək belə siniflər yaradıblar ki, əhalini din adı ilə istismar etsinlər".

O, həmçinin tarixi səbəblərə də toxunaraq bildirib ki, bəzi ənənələr siyasi və sosial şəraitin təsiri ilə formalaşıb:

"Əməvilər dövründə xilafət qatı ərəb şovinizmi üzərindən idarə olunurdu. Azərbaycan da daxil olmaqla ərəb valilər, vergi müfəttişləri fəaliyyət göstərirdi. Onlar əhali arasında gəzir, yaslarda da iştirak edirdilər. Yerli mollalar da onların iştirak etdiyi məclislərdə onlar başa düşsün deyə yaxud yaltaqlıq, qorxaqlıqla duaları ərəbcə oxuyurdular. Beləcə bu ənənə sonra da dinin qaydası kimi davam etdi".

Sonda ilahiyyatçı bütün dini mərasimlərdə duaların insanların anladığı dildə edilməsinin vacibliyini bir daha vurğulayıb:

"Bütün dualar, ölüyə verilən təlqin, qəbir üstündə dua, nikah duası, süfrə duası, ümumiyyətlə hamısı hamının başa düşdüyü, yəni, dövlət dilində oxunmalıdır. Ərəbcə, farsca duanı çox zaman oxuyanın özü də başa düşmür. Sadəcə adət kimi əzbərləyib, özünü savadlı göstərmək üçün oxuyur", - deyə Tural İrfan qeyd edib.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başladı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 All News