Ekspert: "Azərbaycan dili milli kimliyimizin qorunmasının əsas dayağıdır"

Ekspert: "Azərbaycan dili milli kimliyimizin qorunmasının əsas dayağıdır"
04.11.2025 17:57 Cəmiyyət

Prezident İlham Əliyev AMEA-nın 80 illik yubileyində çıxışında Azərbaycan dilinin qorunması məsələsinə toxunub. O, dilimizə yad təsirlərin artmasından narahatlığını ifadə edib. Dövlət başçısı qeyd edib ki, bu məsələ təkcə mədəniyyətlə bağlı deyil, həm də milli kimliyin zəifləməsi təhlükəsini yaradır.

Filologiya elmləri doktoru Elçin İbrahimov Prezident İlham Əliyevin Azərbaycan dili ilə bağlı son çıxışını TodayPress TV-yə şərh edərək bildirib ki, dövlət başçısının bu mövzuda fikirləri bir daha dilimizin milli varlığımız və dövlətçiliyimiz üçün strateji əhəmiyyət daşıdığını göstərir.

"Prezident İlham Əliyevin vurğuladığı kimi, dilin yad təsirlərdən qorunması, saflığının və zənginliyinin saxlanılması təkcə mədəni məsələ deyil, milli kimliyimizin qorunması anlamına gəlir. Azərbaycan dövlətinin dil siyasəti bu istiqamətdə ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilir.

2012-2013-cü illərdə qəbul olunmuş "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə dair Dövlət Proqramı", 17 iyul 2018-ci il tarixli "Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında" Sərəncam, eləcə də 1 noyabr 2018-ci ildə imzalanmış "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin təkmilləşdirilməsi haqqında" Fərman bu siyasətin məntiqi davamıdır".

Alim əlavə edib ki, Prezident İlham Əliyev həm son çıxışında, həm də imzaladığı sənədlərlə Azərbaycan dilinə xüsusi diqqət və həssaslıqla yanaşdığını bir daha nümayiş etdirib:

"Azərbaycan dilinin mükəmməlləşdirilməsi və qorunması istiqamətində həm dövlət qurumlarının, həm də cəmiyyətin birgə fəaliyyəti mühüm əhəmiyyət daşıyır. Bu qərar və sərəncamlar göstərir ki, dövlətin dil siyasəti elmi əsaslara söykənən, ardıcıl və məqsədyönlü bir siyasətdir".

Elçin İbrahimov vurğulayıb ki, bu sənədlərin icrası nəticəsində dövlət dilinin mövqeyi daha da möhkəmlənib, elmi araşdırmaların keyfiyyəti yüksəlib və Azərbaycan dilinin inkişafı üçün əlverişli şərait yaranıb:

"Dilimizə sahib çıxmaq, onu qorumaq və yaşatmaq hər birimizin vətəndaşlıq borcudur. Ana dilinin saflığına diqqət etmək, onu yad təsirlərdən uzaq saxlamaq milli kimliyimizi qorumağın ən etibarlı yoludur", - deyə o bildirib.

Türkan İsgəndərli

PHOTOS

Ekspert: "Azərbaycan dili milli kimliyimizin qorunmasının əsas dayağıdır" — 1
NEWS FEED
31 JULY 2026
Azərbaycan Prezidenti: Qırğızıstan–Azərbaycan İnkişaf Fondunun uğurla fəaliyyət göstərməsi məni sevindirir 08:28 Prezident İlham Əliyev: "Manas" adını daşıyan məktəb qardaşlığımızın növbəti rəmzidir 08:27 Azərbaycan Prezidenti: Qırğızıstanın uğurlarına dostlarınız və qardaşlarınız olaraq hər zaman sevinirik 08:24 Çolpon-Ata şəhərində prezidentlərin iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclası keçirilir 08:23 Sadır Japarov: Qırğızıstan və Azərbaycanı ortaq tarixi köklər və mənəvi yaxınlıq birləşdirir 08:30 Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti ilə təkbətək görüşü keçirilib 07:57 Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub 07:54 Əhaliyə XƏBƏRDARLIQ! Bakının bu əraziləri qazsız qalacaq 23:43 Ürəyinizi qorumaq istəyirsiniz? Günə bu səhər yeməyi ilə başlayın 01:35 Övladınıza ad qoymazdan əvvəl oxuyun - Bu 4 hərf uğur gətirirmiş 01:04 Müasir itlərin əcdadı ortaya çıxdı 00:57 İsti su oynaqlara xeyirlidir, amma bu insanlar üçün qəti qadağandır 00:34 İkinci Dünya müharibəsinin ən güclü gəmiləri niyə bir dəfə də olsun duelə çıxmadı? 00:25 ABŞ-də Trampın şəkli olan pasport satışa çıxarılır - FOTO 00:03 “Qan tökürlər, cavabını alacaqlar” - İrandan ABŞ-yə XƏBƏRDARLIQ 01:49 ABŞ və Səudiyyə İraqdan xəbərsiz zərbə endirdi - Baş nazir səfərini ləğv etdi 01:18 "Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək - YENİLƏNDİ 22:03 Rusiya ABŞ şirkətinə məxsus zavodu vurdu - TƏCİLİ 00:17 HƏMAS silahı yerə qoyacaq? - Yaxın günlərdə hər şey dəyişə bilər 23:51 Türk ordusu Livana gedir - Ərdoğan açıqladı 23:34 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 İrana qarşı hərbi əməliyyatlara davam, yoxsa tamam? - Cəmi 1 səs hər şeyi dəyişdi 23:04 "Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ 21:18 Bakıda qətl hadisəsi baş verdi - TƏFƏRRÜATLAR 22:50 Ermənistan Rusiya kimisini tapmayacaq - Moskvadan İrəvana mesaj 22:39 All News