Əhməd İsmayılov: “İnformasiya suverenliyimizi qorumaq istiqamətində daim səy göstəririk”

Əhməd İsmayılov: “İnformasiya suverenliyimizi qorumaq istiqamətində daim səy göstəririk”
28.11.2025 11:34 Cəmiyyət

“Azərbaycan Türk dövlətləri ilə media sahəsində əməkdaşlığı dərinləşdirməyə çalışır”.

TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Türk Dövlətləri Təşkilatının (TDT) Media və İnformasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 7-ci toplantısında deyib.

O qeyd edib ki, bugünkü tədbirdə iştirak Türk dünyasının media əməkdaşlığının gücləndirilməsinə xidmət edir:

"Azərbaycan Prezidentinin rəhbərliyi ilə media sahəsində inkişafa xüsusi diqqət göstəririk. Bu il Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi qeyd olundu. Media sahəsində xidmətlərinə görə bir sıra jurnalistlər təltif olunublar. Azərbaycan hər il Şuşa Media Forumunu həyata keçirir. Dövlət başçısının iştirakı ilə keçirilən bu tədbirdə Türk dövlətləri də aktiv iştirak edirlər. Həmçinin, hər il dekabr ayında "Media savadlılığı" layihəsi həyata keçirilir ki, bu da jurnalistlərin, media mütəxəssislərinin tənqidi düşüncəsinə, inkişafına mühüm töhfə verir".

Ə.İsmayılov əlavə edib ki, Azərbaycan TDT-ni təkcə iqtisadi-siyasi təşkilat kimi yox, həm də dezinformasiya, hibrid informasiya təhdidləri ilə mübarizə platforması kimi görür.

"İnformasiya suverenliyimizi qorumaq istiqamətində daim səy göstəririk. 2025-ci ildə Azərbaycanın digər Türk dövlətləri ilə media sahəsində əməkdaşlığı olduqca dərinləşib", - o qeyd edib.

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
Kreml: Zelenski ciddi danışıqlara hazırdırsa, Moskvaya gələ bilər 13:44 Paşinyan Koçaryanı Bakıya təhvil verir? – İrəvanı qarışdıran GÖZLƏNİLMƏZ PLAN 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 All News