Əhaliyə XƏBƏRDARLIQ: “Bu təhlükələrdən qorunun!”

Əhaliyə XƏBƏRDARLIQ: “Bu təhlükələrdən qorunun!”
19.07.2026 09:18 Cəmiyyət

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən yağıntılı və qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

Bu barədə TodayPress TV-yə FHN-dən məlumat verilib.

Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi, şimşək çaxacağı və arabir güclənən külək əsəcəyi proqnozlaşdırılır.

Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladıb:

"Belə ki, intensiv yağıntıların səbəb ola biləcəyi sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.

Bundan başqa, yay fəslində insanların istirahət üçün çimərliklərə üz tutduğunu nəzərə alaraq xatırladırıq ki, küləkli havada dənizə girmək təhlükəlidir. Həmçinin, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar.

Bundan əlavə, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.

Eləcə də güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.

Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır".

NEWS FEED
20 JULY 2026
Messini geridə qoyan Mbappe dünya çempionatına damğa vurdu 03:07 Kondisioner alarkən diqqət etməli olduğunuz məqamlar 03:03 Kuboku qaldıra bilməyən Messi ağladı - VİDEO 02:54 Meyvəni belə yuyursunuzsa, səhv edirsiniz - XƏBƏRDARLIQ 02:48 Əhaliyə XƏBƏRDARLIQ: Bu ərazilər qazsız qalacaq 03:11 Krım 90-cı illərə qayıtdı - Küçələrdə taksofon quraşdırıldı 01:27 İspaniya DÇ-2026-nın qalibi oldu 02:05 DÇ-2026: İspaniya - Argentina oyununda İLK QOL - VİDEO 23:07 Uilyamsın vurduğu qol sayılmadı - VİDEO 01:30 Odessada mülki gəmi vuruldu, itkin düşənlər var 00:44 Azərbaycan internet sürətinə görə qonşularını qabaqladı 23:55 Tramp dünya çempionatının finalını canlı izləyir - VİDEO 23:23 İsrailin final favoriti bəlli oldu 22:48 Bir həftə əvvəl kanalda batan yeniyetmənin meyiti tapıldı 22:30 Hikmət Hacıyevin paylaşdığı film Gəncənin gizli qalan tarixini üzə çıxardı 22:10 Türkiyədən İsrailə İranla bağlı sərt XƏBƏRDARLIQ 21:56 Millimiz (Çimərlik) Avropa çempionatının B Liqasının qalibi oldu 21:46 Venesuelada ölənlərin sayı beş mini ötdü 21:36 İsrail Suriyaya yenidən girdi - Sərhəddə vəziyyət gərginləşdi 21:11 Messi 9-cu “Qızıl top”u ala bilər 20:18 İsrail çaxnaşır - Xamenei hər an hücum əmri verə bilər 20:31 Bakı üzərindən yeni hava marşrutu açıldı - Hər bazar günü reys olacaq 20:00 Qara dənizdəki hücumlar Qazaxıstanı hərəkətə keçirdi 19:48 Sumqayıtda 4 avtomobilin toqquşduğu qəzanın GÖRÜNTÜLƏRİ 19:19 Yeniyetmənin ölümü ilə nəticələnən qəzanın TƏFƏRRÜATLARI 19:10 All News