Ədliyyə Nazirliyi “Mobil icra” tətbiqini istifadəyə verdi

Ədliyyə Nazirliyi “Mobil icra” tətbiqini istifadəyə verdi
18.06.2025 14:41 Cəmiyyət

Ədliyyə Nazirliyi tərəfindən göstərilən xidmətlərin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatların davamı olaraq “Mobil icra” tətbiqi istifadəyə verilib.

TodayPress TV xəbər verir ki, bu innovativ tətbiq fiziki və hüquqi şəxslərə - həm borclulara, həm də tələbkarlara icra işlərinə dair bütün zəruri məlumatlara real vaxt rejimində çıxış imkanı yaradır.

“Mobil icra” tətbiqini həm “App Store”, həm də “Google Play”dən yükləmək mümkündür. İstifadəçilər “Digital Login” sistemi vasitəsilə qeydiyyatdan keçərək və şəxsi kabinet yaradaraq tətbiqdən istifadə edə biləcəklər. 

Tətbiq sayəsində istifadəçilər şəxsi kabinetləri vasitəsilə icra işinin statusunu, tətbiq olunmuş məhdudiyyətləri (əmlaka həbs, nəqliyyat vasitəsinə həbs, borclunun axtarışa verilməsi,  ölkədən getmək hüququnun məhdudlaşdırılmasının ləğv edilməsi və s.) və icra tədbirlərinin nəticələrini izləyə, eləcə də icra sənədlərini vahid mənbədən əldə edə biləcəklər.  

Yeni tətbiqin istifadəyə verilməsində məqsəd şəffaflıq və hesabatlılığın artırılması, məmur-vətəndaş ünsiyyətinin minimuma endirilməsi, icra proseslərinə nəzarətin artırılması, həmçinin fiziki və hüquqi şəxslərə rəqəmsal həllərə əsaslanan operativ xidmətlərin təqdim edilməsidir.

Mobil tətbiq mərhələli şəkildə təkmilləşdiriləcək. Belə ki, tətbiqin növbəti versiyasında hüquqi şəxslər üçün arayışların elektron təqdim olunması, fiziki və hüquqi şəxslərin icra işlərinə dair ödənişlərinin onlayn şəkildə tətbiq vasitəsilə həyata keçirilməsi, ödəniş tarixçəsinə və qalıq borca nəzarət edilməsi funksionallıqları istifadəyə veriləcək.

“Mobil icra” tətbiqi “Elektron icra” informasiya sisteminin məlumat bazası üzərindən fəaliyyət göstərir. Qeyd edək ki, 2025-ci ilin birinci yarısında “Elektron icra” informasiya sistemi də təkmilləşdirilərək, yeni funksionallıqlar əlavə edilib, digər sistemlərlə inteqrasiyalar genişləndirilib, informasiya sisteminin avtomatlaşdırma səviyyəsi yüksəldilib. Bu təkmilləşdirmələr məhkəmə və digər orqanların qərarlarının icrasında səmərəliliyin və şəffaflığın artırılmasına şərait yaradıb.

XƏBƏR LENTİ
01 AVQUST 2026
"Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Bütün Xəbərlər