DXS Dövlət Komitəsi ilə birgə maarifləndirici tədbir keçirdi

DXS Dövlət Komitəsi ilə birgə maarifləndirici tədbir keçirdi
07.08.2025 12:00 Cəmiyyət

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə “Azərbaycançılıq ideologiyası multikultural cəmiyyətdə birlik və bərabərliyin təminatçısı kimi” mövzusunda maarifləndirici tədbir keçirilib.

Bu barədə TodayPress TV-yə DSX-dən məlumat verilib.

Tədbirin məqsədi çoxmillətli, çoxkonfessiyalı Azərbaycan Respublikasında etnik rəngarəngliyin qorunması istiqamətində uğurlu dövlət siyasəti barədə şəxsi heyətin məlumatlandırılması, dini maarifləndirmə səviyyəsinin artırılması olub.

Çıxış edənlər bildirmişdir ki, Azərbaycançılıq ideologiyası müasir dövrdə ölkəmizin milli inkişaf strategiyasının əsas istiqamətlərindən biri olmaqla yanaşı, tarixi köklərə malikdir və bu ideologiyanın formalaşması, dövlət siyasəti səviyyəsinə yüksəlməsi bilavasitə müasir müstəqil Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.

Dahi Öndərin müəyyənləşdirdiyi bu strateji xətt bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmiz dünya miqyasında multikulturalizm və tolerantlıq nümunəsi kimi tanınır.

Qeyd olunmuşdur ki, Azərbaycançılıq ideologiyası ölkədə ictimai-siyasi sabitliyin, dini, etnik müxtəlifliyin qarşılıqlı hörmət şəraitində inkişafının təminatçısıdır və bu ideologiya yalnız dövlət siyasəti deyil, eyni zamanda xalqımızın mənəvi həyat tərzidir.

Tədbirin sonunda mövzu ətrafında fikir mübadiləsi aparılmış, Azərbaycançılıq ideologiyasının gənc nəslə daha geniş təbliği, milli birliyin və multikultural dəyərlərin gələcək nəsillərə ötürülməsinin vacibliyi vurğulanıb. 

XƏBƏR LENTİ
01 AVQUST 2026
Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bütün Xəbərlər