DİQQƏT! Uçuşlar təxirə salınır, qiymətlər artacaq

DİQQƏT! Uçuşlar təxirə salınır, qiymətlər artacaq
05.03.2026 15:42 Cəmiyyət

Yaxın Şərqdə baş verən gərginlik regionda nəqliyyat və logistika sahəsinə də təsir göstərməyə başlayıb. Artan risklər fonunda bəzi uçuşların təxirə salınması və daşınma xərclərinin yüksəlməsi müşahidə olunur.   

Mövzu ilə bağlı TodayPress TV-yə danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, qiymətlərə təsirin səviyyəsi əsasən regiondakı gərginliyin nə qədər davam edəcəyindən asılı olacaq.   


Onun sözlərinə görə, əgər vəziyyət uzun müddət davam edərsə, logistik xərclərin artması qaçılmaz olacaq və bu da son nəticədə bazarda qiymətlərin yüksəlməsinə səbəb ola bilər.  

"Gərginlik qısa müddətdə, bir neçə gün və ya bir neçə həftə ərzində aradan qalxarsa, bu halda ciddi iqtisadi təsirlərin yaranması ehtimalı yüksək deyil. Lakin proses uzanarsa, nəqliyyat marşrutlarında yaranan çətinliklər və əlavə xərclər idxal olunan məhsulların qiymətində artımı stimullaşdıra bilər".

Ekspertin fikrincə, hazırkı vəziyyətdə bazarın gələcək davranışı birbaşa olaraq regiondakı geosiyasi vəziyyətin necə inkişaf edəcəyindən asılıdır:  

"Buna görə də logistika və nəqliyyat xərclərindəki dəyişikliklər, eləcə də avtomobil və digər idxal məhsullarının qiymətləri üçün əsas müəyyənedici amil məhz gərginliyin müddəti olacaq".   

Qeyd edək ki, İsrail və ABŞ fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. 

Bölgədə yaranmış gərginlik səbəbindən bir neçə istiqamətdə uçuşlar təxirə salınıb.  

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
TƏCİLİ: ABŞ vətəndaşlarını Yaxın Şərqi tərk etməyə çağırdı 18:46 İsrail İranın “qorxusundan” Ukraynaya “Dəmir Günbəz” vermədi 18:36 Dünyanın ən zəngin adamları iyulda milyardlarla dollar itirdi 18:22 Avropa “qapıları bağlayır” - Miqrant məsələsi canlarına “qorxu saldı” 18:08 Dünya çempionatı: İbrahim Həsənov finala yüksəldi - YENİLƏNDİ 2 15:10 Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi oldular 17:25 Rezai: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq 17:09 Arvadını qətlə yetirən şəxsə hökm oxundu 16:54 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 All News