Dərmanların ticarət dövriyyəsi niyə artıb? – AÇIQLAMA

Dərmanların ticarət dövriyyəsi niyə artıb? – AÇIQLAMA
09.07.2025 15:55 Cəmiyyət

Son vaxtlar dərmanların qiymətində müşahidə olunan artım və bazarda yaranan qıtlıq cəmiyyətdə ciddi narahatlığa səbəb olur. 

Məsələyə münasibət bildirən Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının dosenti Aydın Əliyev bu barədə TodayPress TV-yə danışarkən dərman qiymətlərinin artmasının əsas səbəblərindən birinin xarici amillərlə bağlı olduğunu bildirib.

"Əvvəla biz dərmanları xaricdən alırıq. Xarici ölkələrdə baş verən müharibələr, böhranlar və iqtisadi dalğalanmalar dərman təchizatına da mənfi təsir göstərir. Bu, dərmanların qiymətində fərqlərin yaranmasına səbəb olur. Təbii ki, qiymət fərqi ola bilər, amma bu qədər olmamalıdır. Burada həm də insaf məsələsi önəmlidir".

Dosent eyni zamanda qeyd edib ki, vətəndaşlar arasında həkim məsləhəti olmadan dərman qəbul edənlərin də sayı az deyil. Onun sözlərinə görə, bu hal ciddi fəsadlara yol aça bilər:

"Bəziləri dərman aludəçiləri olublar. Kim nə dedi, "bu dərman yaxşıdır", deyib dərman almaq düzgün deyil. Dərmanı yalnız həkim təyin etməlidir. Hansı qida ilə qəbul ediləcək, hansı qidalarla olmaz, doza necə olmalıdır, bunlar vacib məsələlərdir. Dərmanın dozası düzgün təyin olunmadıqda və ya orqanizmdə patologiya olduqda onun təsiri tamamilə dəyişə bilər".

Aydın Əliyev vurğulayıb ki, dərmanların insan bədənində metabolizm proseslərindən keçməsi zamanı qaraciyər, böyrək, mədə-bağırsaq sistemindəki problemlər bu prosesə mənfi təsir edə bilər. Nəticədə dərmanın orqanizmdən xaric olunması pozulur və bu da digər xəstəliklərin ağırlaşmasına səbəb olur.

Həkim hesab edir ki, ölkədə dərman istehsalı sahəsinin inkişafı problemi aradan qaldıra bilər:

"İnanıram ki, Qarabağ bölgəsində aparılan yenidənqurma və inkişaf işləri ilə paralel olaraq dərman sənayemiz də dirçələcək".

Sonda Aydın Əliyev cəmiyyətə çağırış edərək bildirib ki, vətəndaşlar dərman qəbulunda məsuliyyətli olmalı, yalnız həkim təyinatı ilə müalicəyə başlamalıdırlar. Əgər bu qaydalara əməl olunarsa, nə dərman qıtlığı, nə də qiymət artımı bu qədər problem yaradar. 

Qeyd edək ki, 2025-ci ilin ilk 5 ayında dərmanların pərakəndə ticarət dövriyyəsi 3.8 faiz artaraq 23 milyard 341 milyon manat olub.

Türkan İsgəndərli

FOTOLAR

Dərmanların ticarət dövriyyəsi niyə artıb? – AÇIQLAMA — 1
XƏBƏR LENTİ
16 IYUN 2026
Ukraynaya məxsus hərbi təyyarə qəzaya uğradı - Pilotlar öldü 22:26 Azərbaycanda ilk dəfə: Cəbrayılda nəhəng istixana aqroparkı yaradılacaq 21:54 Azarkeşlərin diqqətinə: "Neftçi"nin yeni mövsüm üçün tam hazırlıq qrafiki! 22:16 Türkiyə öz ərazisində zenit-raket kompleksini yerləşdirəcək 21:45 Əsrin sövdələşməsi: Vaşinqton və Tehran arasında 14 bəndlik razılaşması yayıldı 21:48 Prokurorluğun Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatın DETALLARI 21:37 Livanda PUA dəhşəti: "Hizbullah" üzvlərinin olduğu avtomobillər hədəfə alındı 19:39 Bakıda keçirilən iclasda tarixi qərar 20:42 "Qarabağ" yeni mövsümə necə hazırlaşır? - Qurban Qurbanov danışdı 21:20 Ecenin öldüyü gecə yaşananları anası açıqladı 20:19 Tramp İsraili hədəf aldı, missiyanı Suriyaya verdi: "Hizbullah"ı o məhv edəcək! 20:16 Nöqsana görə qovulan direktor qayıtmağı tələb etdi - Rədd cavabı aldı 20:14 Trampın ən yaxın adamları Moskvaya gedir? - Uşakov açıqladı 20:08 Bakıda qadına qarşı əxlaqsız təkliflər edən manyak saxlanıldı - VİDEO 20:22 Türkiyə hərbi gəmisi ABŞ-yə daxil oldu 19:43 Azərbaycanın daha 3 boksçusu Dünya Kubokunda mərhələ adladı 22:19 "Qarabağ"ın UEFA Avropa Liqasındakı rəqibi bəlli oldu 19:11 Kürdəmirdə iki maşın aşdı, xəsarət alanlar var 20:10 "Zirə" klubunun Konfrans Liqasındakı rəqibi bəlli oldu 20:10 Oman və İran Hörmüz boğazında azad gəmiçiliyə sadiqliklərini təsdiqlədilər 19:06 Ramil Həsən və Numan Kurtulmuş türk dövlətləri arasında əməkdaşlığı müzakirə etdilər 19:09 "İkinci mərhələ daha çətin olacaq" - Çin XİN rəhbəri xəbərdarlıq etdi 18:46 Ceyhun Bayramov Türk İnvestisiya Fondunun prezidenti ilə görüşdü 18:58 “Qafqaz Qartalı - 2026” təliminin açılış mərasimi keçirildi 18:40 Böyük Britaniya və Aİ arasında ikinci sammit - Tarix açıqlandı 18:36 Bütün Xəbərlər