Deputat: "Bu, sadəcə pul deyil, vicdan məsələsidir"

Deputat: "Bu, sadəcə pul deyil, vicdan məsələsidir"
01.04.2026 16:37 Cəmiyyət

Minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin ailə üzvlərinə Azərbaycan Prezidentinin təqaüdü təsis edilib.

Fərmanla təqaüdün aylıq məbləği 700 manat müəyyən edilib. 

Bu barədə TodayPress TV-yə danışan Milli Məclisin deputatı Elnarə Akimova bildirib ki,  bu qərar sosial təminat addımı olmaqla yanaşı, həm də vicdanın və dövlət məsuliyyətinin ifadəsidir: 

"Minatəmizləyənlər görünməyən təhlükənin qarşısında dayanaraq torpağı həyata qaytaran insanlardır. Onların hər addımı risk, hər nəfəsi təhlükə ilə üz-üzədir. Bu yolda həyatını itirənlər isə artıq yalnız bir ailənin deyil, bütöv bir xalqın ağrısıdır. Əlbəttə, 700 manatlıq təqaüd heç bir halda itirilmiş canın əvəzini vermir. Amma bu addım göstərir ki, o itki unudulmur, o fədakarlıq dəyərləndirilir. Dövlətin bu məsuliyyəti öz üzərinə götürməsi, şəhid olan minatəmizləyənlərin ailələrinə sahib çıxması həm mənəvi, həm də sosial baxımdan vacibdir". 

O bildirib ki, bu qərar  cəmiyyətə bir mesaj verir: təhlükə ilə üz-üzə qalan insan tək deyil. Onun arxasında dövlət var və bu, gələcək üçün də bir güvən hissi yaradır.

"Eyni zamanda, bu cür itkilərin minimuma endirilməsi üçün daha güclü texnologiyaların tətbiqi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və təhlükəsizlik tədbirlərinin daha da sərtləşdirilməsi də əsas prioritet olmalıdır. Çünki ən böyük məqsəd təqaüd vermək deyil, insanları qorumaqdır", - parlamentari fikrini tamamlayıb.    

Jalə Rövşən

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 All News