Deputat: “Bu cür sənədli filmlər Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır”

Deputat: “Bu cür sənədli filmlər Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır”
22.12.2025 16:48 Cəmiyyət

Nizami Kino Mərkəzində “AnewZ” Beynəlxalq Televiziyasının araşdırma seriyasından olan “The Oligarch's Design” sənədli filminin rəsmi nümayişi keçirilib. Sənədli filmin əsas bölmələrindən biri Ruben Vardanyanın 2022-ci ildə Rusiya vətəndaşlığından imtina edərək bölgəyə köçməsi və tanınmamış separatçı rejimin siyasi müstəvisində fəaliyyətə başlaması prosesinə həsr olunub. 

Sözügedən proseslər Azərbaycan, Ermənistan və Ukraynada aparılmış araşdırmalar, müsahibələr, deputatlar, prokurorlar, regional ekspertlər və jurnalistlərin təhlilləri əsasında təqdim edilir.

Milli Məclisin deputatı Ceyhun Məmmədov TodayPress TV-yə açıqlamasında bu tip beynəlxalq media layihələrinin Azərbaycanın üzləşdiyi informasiya və siyasi çağırışların dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm rol oynadığını bildirib.


Onun sözlərinə görə, postmüharibə dövründə qarşıda duran ən vacib vəzifələrdən biri Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə düzgün şəkildə təqdim olunmasıdır:

"Uzun illər Ermənistan yalan xəbərlərlə, saxta məlumatlarla dünyanı çaşdırmağa və aldatmağa çalışıb. Bu, müxtəlif vasitələrlə həyata keçirilib. Amma bu gün Azərbaycan torpaqlarını azad etdikdən sonra yaranan reallıq ondan ibarətdir ki, diqqət Ermənistanın bizə qarşı törətdiyi vəhşiliklərə yönəlməlidir".

Deputat vurğulayıb ki, Ruben Vardanyan ətrafında məqsədli şəkildə qəhrəman obrazı yaratmağa çalışan qüvvələr mövcuddur və bu istiqamətdə müxtəlif manipulyasiyalar aparılır:

"Bu gün Ruben Vardanyandan məqsədli şəkildə qəhrəman yaratmaq istəyənlər var və onunla bağlı həqiqətləri təhrif etməyə çalışırlar. Halbuki Azərbaycan dəfələrlə dünya ictimaiyyətinin diqqətinə çatdırıb ki, vəziyyət təqdim olunduğu kimi deyil. Ruben Vardanyan Qarabağa məhz təxribat törətmək, iki xalq arasında sülhün bərqərar olmasına mane olmaq üçün göndərilmişdi və Azərbaycan bu prosesin qarşısını aldı".

Parlamentari əlavə edib ki, bu cür sənədli filmlərin, kitabların və digər media məhsullarının ərsəyə gəlməsi saxta məlumatların ifşası baxımından olduqca vacibdir:

“Nə qədər çox bu cür filmlər və kitablar hazırlanarsa, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından bir o qədər əhəmiyyətli olar. Saxta təbliğatların qarşısının alınması, onların yenidən gündəmə gətirilməməsi üçün addımlar atılmalıdır. Bu tip filmlər çəkilməli, xarici dillərdə yayılmalı və dünya ictimaiyyətinin diqqətinə çatdırılmalıdır ki, gələcəkdə bu proseslər təkrarlanmasın".

Millət vəkilinin fikrincə, beynəlxalq auditoriyaya yönəlmiş belə media layihələri Azərbaycanın milli maraqlarının qorunması və informasiya mübarizəsində mövqelərinin gücləndirilməsi baxımından xüsusi önəm daşıyır.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
31 JULY 2026
Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 All News