Daha 5 kəsişmədə svetoforlara velosiped bölmələri quraşdırıldı

Daha 5 kəsişmədə svetoforlara velosiped bölmələri quraşdırıldı
09.03.2026 13:28 Cəmiyyət

Paytaxtda velosipedçilərin təhlükəsizliyinin təmin edilməsi və mikromobilliyin inkişafı istiqamətində tədbirlər davam etdirilir.

Bu barədə TodayPress TV-yə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat yayıb.

Bu məqsədlə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən daha 5 kəsişmədə svetoforlara yeni nəsil velosiped bölmələri quraşdırılıb.

Bildirilir ki, velosiped bölmələri Nərimanov rayonu, Xətai prospektinin Əbdüləzəl Dəmirçizadə, Əhməd bəy Ağaoğlu, Əliağa Vahid və Neymət Quliyev küçələri ilə kəsişmələrində, həmçinin Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi ilə Məhəmməd Naxçıvani küçəsinin kəsişməsində quraşdırılıb.

Ümumilikdə bu kəsişmələrdəki svetoforlara 14 velosiped bölməsi əlavə edilib. LED işıqlandırma ilə təchiz olunan yeni nəsil bölmələr velosipedçilərin yollarda daha təhlükəsiz və rahat hərəkət etməsinə imkan yaradır.

Qeyd edək ki, indiyədək paytaxt yollarında yerləşən 54 yolayrıcındakı svetoforlara 136 ədəd velosiped bölməsi quraşdırılaraq istifadəyə verilib. Bu istiqamətdə işlər davam etdirilir.

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
Pezeşkian: “İranın gələcəyini onlar müəyyən edəcək” 18:59 TƏCİLİ: ABŞ vətəndaşlarını Yaxın Şərqi tərk etməyə çağırdı 18:46 İsrail İranın “qorxusundan” Ukraynaya “Dəmir Günbəz” vermədi 18:36 Dünyanın ən zəngin adamları iyulda milyardlarla dollar itirdi 18:22 Avropa “qapıları bağlayır” - Miqrant məsələsi canlarına “qorxu saldı” 18:08 Dünya çempionatı: İbrahim Həsənov finala yüksəldi - YENİLƏNDİ 2 15:10 Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi oldular 17:25 Rezai: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq 17:09 Arvadını qətlə yetirən şəxsə hökm oxundu 16:54 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 All News