Cəmiyyət niyə vəzifə başında qəhrəmanlıq edənləri linçləyir?

Cəmiyyət niyə vəzifə başında qəhrəmanlıq edənləri linçləyir?
21.04.2026 15:12 Cəmiyyət

Son günlər yayılan görüntü cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Belə ki, həkimlər ürək masajı edərək xəstəni həyata qaytarır və onu xilas edirlər. Bu hadisə insanları iki fərqli mövqeyə bölüb. Bir tərəf həkimlərin peşəkarlığını və fədakarlığını yüksək qiymətləndirərək onları alqışlayır. Digər tərəf isə bunun həkimlərin birbaşa vəzifəsi olduğunu vurğulayaraq məsələnin həddindən artıq şişirdildiyini düşünür.

Bəs niyə istənilən mövzu ətrafında Azərbaycan cəmiyyəti bu qədər tez parçalanır?

Mövzu ilə bağlı TodayPress TV-yə danışan psixoloq Zeynəb Əyyubova bildirib ki, bu cür parçalanmalar təkcə bu hadisəyə xas deyil və daha dərin psixoloji və sosial səbəblərlə bağlıdır.


Onun sözlərinə görə, ilk növbədə, cəmiyyətimizdə emosional reaksiya vermə meyli yüksəkdir:

"İnsanlar hadisəni faktlardan çox, hisslər üzərindən qiymətləndirirlər. Bu isə eyni hadisəyə fərqli emosional yanaşmaların yaranmasına səbəb olur.

İkinci səbəb sosial şəbəkələrin təsiridir. Sosial media alqoritmləri fərqli fikirləri daha kəskin şəkildə qarşı-qarşıya qoyur. Bu zaman insanlar ortaq nöqtə tapmaq əvəzinə, mövqelərini müdafiə etməyə başlayırlar".

Psixoloq əlavə edib ki, başqa məqam isə cəmiyyətdə gözləntilərlə bağlıdır:

"Bir tərəf həkimlərin gördüyü işi fədakarlıq kimi qiymətləndirir, çünki həyat qurtarmaq hər zaman yüksək mənəvi dəyər sayılır. Digər tərəf isə peşə məsuliyyətinə fokuslanaraq bunu normal vəzifə kimi qəbul edir. Əslində hər iki yanaşmada müəyyən həqiqət var".

Ekspert vurğulayıb ki, bu cür parçalanmaların qarşısını almaq üçün daha balanslı düşünməyi, fərqli fikirlərə hörmət etməyi və emosional deyil, rasional müzakirələr aparmağı öyrənməliyik:

"Cəmiyyətin sağlam inkişafı üçün fərqli fikirlərin olması normaldır, əsas məsələ bu fərqlərin qarşıdurmaya yox, dialoqa çevrilməsidir", - Zeynəb Əyyubova qeyd edib.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
Sürücünü radarlar arasında da izləyən qurğu Azərbaycana gətirilir - İDDİA 16:25 Prezident Niderlandın Baş naziri ilə telefon danışığı apardı 16:13 Fransa Seneqalla, Argentina Əlcəzairlə qarşılaşacaq 16:07 Pensiyalar rayonlarda bu tarixdə ödəniləcək 15:52 Rusiya imperiyasının çöküşü başlandı: Ermənistan belə hörmətsizlik etdi 15:51 AZAL bu istiqamətdə ilk uçuşunu həyata keçirdi 15:39 Aylar sonra ilk dəfə - Zelenski və Tramp görüşdü 15:35 Medina “Qarabağ”dan getdi 15:30 Ermənistanda Türk görənlərin reaksiyası - VİDEO 15:18 Cimidən müsəlmanlara təhqir: sizi doğrayıb, torpağa basdıracağıq! 15:16 Cavid Hüseynov "Araz-Naxçıvan"ın baş məşqçisi təyin edildi 15:10 Nazirlər Kabineti sənaye və texnologiyalar parkları ilə bağlı qərar verdi 15:02 Bu məhsullar ədv-dən azad edildi - RƏSMİ 14:45 Şuşada bağlanan müqavilə rusları və erməniləri qorxuya saldı, Əliyevin imzasını görənlər… 14:36 Rusiyanı 1941-ci ildən pis hala salarıq – Almanların gözü "qızdı" 14:29 İranda kim uduzdu, kim uddu, peşmanı kim olacaq? 14:29 Rusiya və Türkiyə XİN rəhbərləri arasında görüş başladı 14:15 7 min pakistanlı turist Bakıdan qayıtmadı - Təhlükəli vəziyyət yarandı 14:09 Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir 13:58 Kreml: Zelenski ciddi danışıqlara hazırdırsa, Moskvaya gələ bilər 13:44 Paşinyan Koçaryanı Bakıya təhvil verir? – İrəvanı qarışdıran GÖZLƏNİLMƏZ PLAN 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 All News