BTQ dəmir yolunun təhvil-təslimi üzrə müzakirə aparıldı

BTQ dəmir yolunun təhvil-təslimi üzrə müzakirə aparıldı
29.01.2026 16:45 Cəmiyyət

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov Tbilisidə “Gürcüstan Dəmir Yolları” SC-nin baş direktoru Laşa Abaşidze və Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Tamara İoseliani ilə görüşüb.

Bu barədə TodayPress TV-yə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

Görüş zamanı iki ölkə arasında dəmir yolu nəqliyyatı sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib.

Gürcüstan və Azərbaycan arasında Orta Dəhlizin rəqabətqabiliyyətinin artırılması və əlavə yüklərin cəlb edilməsi istiqamətində əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulanıb.

Görüşdə Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xətti təhvil-təslimi üzrə yekun aktın imzalanması və bu xətlə yükdaşımaların həcminin artırılması məsələlərinə xüsusi diqqət ayrılıb.

Qeyd edək ki, ADY BTQ xəttinin Gürcüstandan keçən və mürəkkəb coğrafi relyefə malik 184 kilometrlik hissəsində təmir-bərpa və modernləşdirmə işlərini uğurla yekunlaşdırıb, nəticədə xəttin illik yükötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılıb. Bu dəmir yolu xəttinin modernləşdirilməsinin əsas məqsədi Orta Dəhlizin rəqabətqabiliyyətini artırmaq və BTQ-ni dəhlizin əsas yükdaşıma arteriyalarından birinə çevirməkdir.

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 All News