BP tərəfindən Bakı Dövlət Universitetində geologiya muzeyi açıldı

BP tərəfindən Bakı Dövlət Universitetində geologiya muzeyi açıldı
16.05.2025 15:35 Cəmiyyət

BP Bakı Dövlət Universitetinin tədris infrastrukturunun modernləşdirilməsi və genişləndirilməsinə yönəlmiş daha bir sosial layihəni tamamlayıb. 

TodayPress TV xəbər verir ki, layihənin nəticəsi olaraq bu gün universitetdə müasir və interaktiv bir tədris məkanı olan geologiya muzeyinin açılışı olub.

Bu innovativ tədris və təlim mərkəzi Azərbaycanın zəngin geoloji irsi, təbii ehtiyatları və bu sahədəki elmi nailiyyətlərinə dair məlumatları əhatəli şəkildə təqdim etmək məqsədilə yaradılıb. 

Muzey geologiya və geofizika fakültələrinin müəllim heyəti və tələbələri üçün geoloji elmlər və əlaqəli sahələri öyrənmək və araşdırmaq üçün müasir vasitələrdən istifadə etmək imkanı yaradır. 

Muzey Azərbaycanın geologiya tarixi, Azərbaycanın bölgələrinin geoloji xüsusiyyətləri, ölkənin mineral ehtiyatları, fosilləri və paleontologiyası, qeyri-adi geoloji quruluşlar və qorunan təbiət abidələri, Heydər Əliyev və geoloji inkişaf, həmçinin Azərbaycanın geoloji ehtiyatlarının iqtisadi və sosial əhəmiyyəti və geoloji tədqiqatlar və innovasiyalar kimi mövzulara həsr olunmuş 8 tematik guşədən ibarətdir: 

Hər bir guşə interaktiv ekranlar və xəritələr, elmi eksponatlar, multimedia materialları, sensorlu oyunlar, müasir texnoloji lövhələr, simulyatorlar və virtual reallıq elementləri ilə təchiz olunub və ziyarətçilər üçün həm maarifləndirici, həm də əyləncəli təcrübə təqdim edir.

Bundan əlavə, muzeyin tərkibində açıq məkan şəklində nəzərdə tutulmuş tədris zonası da mövcuddur. 

Təxminən 600 bakalavr tələbəsi (əsasən geologiya, geofizika və əlaqəli ixtisaslar üzrə təhsil alanlar) və eləcə də müəllim heyəti tədris, təlim və elmi-tədqiqat fəaliyyətləri üçün muzeydəki məzmundan faydalanacaqlar. 

Bu gün universitetdə keçirilən muzeyin açılış tədbirində çıxış edən bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Counz deyibki, bu layihə ölkədə təhsilə və digər mühüm sosial inkişaf sahələrinə davamlı dəstəyinin gözəl nümunəsidir:

“Tərəfdaşlarımızla birlikdə çox məmnunuq ki, artıq bir əsrdən çox tarixi olan və aparıcı, nüfuzlu təhsil müəssisəsi kimi geniş miqyasda tanınan Bakı Dövlət Universiteti bu cür unikal bir mərkəzə sahib olacaq. Bu mərkəz geoloji və geofiziki biliklərin zəngin məlumat bazasını innovativ şəkildə təqdim etməyə imkan verəcək. İnanırıq ki, muzeyin dizaynı, texniki təchizatı və təqdim olunan əhatəli informasiya hər bir ziyarətçiyə yer üzünün zəngin və rəngarəng sərvətlərini kəşf etmək üçün unikal bir təcrübə yaşadacaq. Ümid edirik ki, həm tələbələr, həm də digər ziyarətçilər ölkənin təbii ehtiyatlarının əsrarəngiz müxtəlifliyini və onun diqqətəlayiq geoloji irsini dərindən anlayacaq və dəyərləndirəcəklər.” 

Muzey üçün alınmış bütün avadanlıq, texniki və proqram təminatı da daxil olmaqla layihənin ümumi dəyəri 395 810 manatdır (təxminən 232 830 ABŞ dolları). 

Layihə yerli şirkət olan ADZONE-S MMC tərəfindən icra edilib.

XƏBƏR LENTİ
30 IYUL 2026
Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 “Qarabağ” üçün taleyüklü gecə: Hədəf növbəti mərhələdir! 08:42 Paytaxtın bəzi ərazilərində işıq kəsiləcək 07:58 Yaponiyada zəlzələ qurbanlarının sayı 28-ə çatıb 07:53 Evinizdə yanğına səbəb ola biləcək səhv: Bu cihazları uzadıcıya qoşmayın! 00:41 Alimlərdən maraqlı kəşf: Bu boya yolları istidən qoruyur 00:32 Saçınız tökülür, dəriniz quruyur? Səbəb istifadə etdiyiniz su ola bilər 00:27 Tesla sürmək doğrudan da sərfəlidirmi? Sahibi xərcləri açıqladı 22:46 Hansı aylarda doğulan insanlar daha müdrik hesab olunur? 21:45 Ərik haqqında çoxlarının bilmədikləri 21:34 Bütün Xəbərlər