bp: AzTU müasir rəqəmsal kitabxanası layihəsi uğurla başa çatdı

bp: AzTU müasir rəqəmsal kitabxanası layihəsi uğurla başa çatdı
12.06.2025 18:17 Cəmiyyət

bp bu gün mühəndislik sahəsində ölkənin aparıcı ali təhsil müəssisələrindən biri olan Azərbaycan Texniki Universitetində (AzTU) müasir rəqəmsal kitabxananın yaradılmasını nəzərdə tutan yeni sosial sərmayə layihəsinin uğurla başa çatdığını elan edib.

TodayPress TV xəbər verir ki, bu təşəbbüs bp-nin Azərbaycanda təhsilin inkişafına və potensialın artırılmasına dəstək öhdəliyinin bir hissəsidir. Bu innovativ layihənin məqsədi tələbələrin və professor-müəllim heyətinin tədris, öyrənmə və digər akademik materiallara, mənbələrə və resurslara çıxışını, bu resursların idarə olunması və paylaşma üsullarını modernləşdirməklə onlardan istifadəni sürətli və asan etməkdir.

Hazırda universitetin mövcud kitabxanasında 500000-dən çox kitab saxlanılır, eləcə də 20 tədris və multimedia otağı və ixtisaslaşdırılmış laboratoriyalar fəaliyyət göstərir. Yeni rəqəmsal kitabxana bu resursları elektronlaşdırmaqla sürətli və fasiləsiz bilik və məzmun mübadiləsi və birgə işləmək imkanları yaradaraq aşağıdakı funksiyaları təmin edir:

geniş rəqəmsal bilik bazasına məsafədən və birbaşa çıxış imkanı.

akademik və tədqiqat materialları üçün təkmilləşdirilmiş axtarış imkanları.

kontenti paylaşmaq və tədqiqat məlumatlarını saxlamaq üçün birgə istifadə vasitələri.

Bu gün universitetdə kitabxananın açılış mərasimində çıxış edən bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz dedi: “Bu layihə Azərbaycanda təhsilin gələcəyinə və yeni nəsil mühəndis və yenilikçi mütəxəssislər yetişdirilməsinə dəstək öhdəliyimizi əks etdirir. Qürur duyuruq ki, AzTU-nu daha sıx birləşmiş və innovativ təhsil mühiti qurmaq niyyətilə üz tutduğu rəqəmsal transformasiya yolunda dəstəkləyə bilmişik. Belə bir mühitin yaradılmasına doğru atılmış bu addım universitetə öz akademik infrastrukturunu modernləşdirməyə şərait yaradaraq biliklərin və tədqiqat imkanlarının daha əlçatan olmasını təmin edir. Biz xüsusilə məmnunuq ki, 10000-dən çox tələbəyə və 600 nəfər professor-müəllim heyətinə müasir rəqəmsal vasitələrdən və distant təhsil imkanlarından faydalanmağa kömək edirik”.

Layihə çərçivəsində universitet əməkdaşları üçün təlim aspekti də nəzərdə tutulub. Onlara kitabxana resurslarını daha səmərəli idarə etmək üçün yeni rəqəmsal metodlar öyrədilib. 

İcra müddəti 18 ay olan bu layihəni öz sosial sərmayə fəaliyyətlərinin bir hissəsi olaraq bp şirkəti maliyyələşdirib. Layihənin ümumi dəyəri 408000 AZN-dir (240000 ABŞ dolları).

XƏBƏR LENTİ
01 AVQUST 2026
Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Bütün Xəbərlər