Bir gecədə həyatı dəyişənlər... - "Sadhu" terapiya

Bir gecədə həyatı dəyişənlər... - "Sadhu" terapiya
10.06.2025 17:29 Cəmiyyət

Sadhu terapiyası və ailə düzümü insanın daxili dünyasını dərk etməsi, travmalarla üzləşməsi və mənəvi azadlığa çatması üçün istifadə edilən müalicə üsuludur.

TodayPress TV bu sahədə təcrübəli olan terapevt olan Nailə Qənbərli ilə söhbəti təqdim  edir. 

- Ailə düzümü nədir və insanlara nələr vəd edir? 

- Ailə düzümü Alman terapevti Bert Hellinqer tərəfindən icad edilib, inkişaf etdirilmiş dərin transformasiyaedici bir terapiya metodudur. Hansı ki, bu terapiyanı edəndə bütün qaranlıq tərəflər, bizə görünməyən tərəflər üzə çıxır.  

Yaşadığımız bəzi problemlər bizə aid olmur. Çünki bizim ailə sistemində əcdadlarımızın yaşanan travmalarından, itkilərindən və danmış enerjilərindən qaynaqlanır. Ailə düzülümü qurulanda onların hər bir görünməyən tərəfləri və bizim üstümüzdə olan yüklərin hamısı aydın olur. Meydan qurulur, iştirakçılar və bir müraciətçi olur. Həmin o bir müraciətçini təmsil edən iştirakçılar onun ətrafına toplaşaraq müəyyən mövqelər alırlar.

Bu mövqelər əsnasında da ailə sisteminin dinamikasını hiss etməyə başlayırlar. Və hiss etməyə başlayanda o hisslərinin, hərəkətlərinin, danışıqlarının sayəsində bütün ailənin içində, daxilində olan bağlılıqları, yükləri, yerinə yetirilməyən haqq-ədalətlər hamısı aydın üzə çıxır. Misal üçün, bir insan həyatı boyu haqsız durumlara düşür və hər tərəfdən günahlandırılır.

Əlbəttə ki, bu bizim babalarımızdan da bizə axıdılan hansısa yükdür ki, babalarımız da vaxtında kiminsə haqqına girib. Və bu aydın üzə çıxandan sonra yüklər geri qaytarılır. Ailə düzümü hər bir şeyi üzə çıxaraq geri göndərir, sanki, dayandırır.

- Bu yaxınlarda sosial şəbəkələrdə terapistin ailə düzümü ilə bağlı videoları yayımlanmışdı. İnsanlar buna birmənalı yanaşmadılar. Bu haqda nə düşünürsünüz? 

- Bizim işdə qətiyyən manipulasiya yoxdur. Hər bir insanın öz seçimidir. Mən həmişə pasiyentlərimə deyirəm ki, sanki biz pazlları qoyuruq sizin qarşınıza və siz o pazlları özünüz yığmağa başlayırsınız. Seçim sizindir. İstədiyiniz kimi yığa bilərsiniz. Ümumiyyətlə, biz həyatda nəyi yaşayırıqsa, onu seçirik. Xoşbəxtlik də seçimdir, bədbəxtlik də seçimdir. Seçdiyimiz hər bir şeyi yaşayırıq. Öz üzərində işləyən insan əlbəttə ki, həyatının yaradıcısıdır.

- İstəyirəm, bir az da sadhu terapiyasından danışaq. Bəs, sadhu terapiyası nədir və insanları necə sağaldır? 

- Sadhu terapiyası qədim hind praktikasıdır. Burada mismarlar var, hansı ki, biz bunun üzərinə çıxan zaman ayağımızın altında sinir ucları var ki, hamısı açılmağa başlayır. Buna akupunktur  nöqtələri deyilir və həm ruhsal, həm fiziki olaraq çox faydalıdır. Misal üçün, bədənimizdə maddələr mübadiləsi çox sürətlənir, hətta arıqlamaq üçün də bu çox yaxşıdır. Bununla yanaşı, istər-istəməz orqanlar masaj olunur, qan dövranı sürətlənir. Fiziki cəhətdən də faydalıdır.

Həm də mənəvi olaraq basdırdığımız, heç kimə deyə bilmədiyimiz, içimizdə saxladığımız, keçmiş zamanlardan, məkanlardan gətirdiyimiz hər nə varsa, hamısı üzə çıxar. Məsəl üçün, sadhu lövhəsinin üzərinə çıxan insan anı yaşayır. İnsanlar ya dünəni, ya da ki, sabahı yaşayır. Anı yaşamır. Çox nadir hallarda anı yaşaya bilirik.

Sadhu lövəsində anı yaşayanda insan özü ilə üzləşməyə başlayır və içində nə varsa hamısı üzə çıxır. Bütün qırıntılar, uşaqlığımızda yaşadığımız travmalar... Həmin o travmaları yaşadığımız anda ana anlam yükləyirik. Anlam yüklədiklərimiz də bizim duyğularımızdır ki, hansı ki, bugünkü gündə bizi idarə edirlər. Biz sadhunun üzərinə çıxanda, onların hamısının axıntısını hiss edirik. Əlbəttə ki, bələdçidən də çox şey asılıdır. 

- Bir problemin həll olması üçün neçə seans bəs edir?  

- Mən sadhu lövhəsini qatqılarla və çox güclü kvant texnikaları ilə işləyirəm. Bunda da nəticə çox güclü olur. Mən həmişə ortalama 3-5 seans deyirəm. Çünki istər-istəməz, bizim uşaqlığımızdan bu günə qədər gətirdiyimiz inanclar, kodlar, yanlış proqramlar və yaxud da ki, duyğular var ki, hamısını axı bir seansa həll etmək mümkün deyil. Bu mərhələli şəkildə aparılmalıdır. Yanıma 60-65 yaşında xanımlar da, bəylər də gəlib. Onlara da xüsusi metodlarla yanaşıram. 

- Ümumiyyətlə, bu terapiyada hər hansısa bir məhdudiyyət və yaxud hansısa qadağa var? 

- Bəli, əlbəttə ki, onkoloji xəstələr, epilepsi xəstələr, ağır panik ataklar, menstruasiya dönəmində olan xanımlara, həmçinin zəhərli zobu olanlara bu terapiyaya gəlmək məsləhət deyil. Həmçinin, ayağının altında yara və yaxud da ki, hər hansı bir xəstəliyi olan insanlara qəti olmaz. Çünki, biz sadhu lövhəsinin üzərində dayananda, bədənə siqnallar gedir və siqnallar gedə-gedə o hər hansısa fəsad törədə bilər. 

- Bu terapiyaya kişilər də müraciət edir? 

- Bəli, bəylər müraciət edir. Əvvəllər etmirdilər, çəkinirdilər, utanırdılar, amma indi şükürlər olsun ki, hətta mənim bəy tələbəm də var. 

- Azərbaycanda bu terapiyaya maraq necədir? 

- Əlbəttə ki, əvvəllər qəbul olunmurdu. Mən çox sevərək bu işi görürəm. Düzünü desəm, bu işə gələndə hətta mənə inanmırdılar. Amma yavaş-yavaş, bunun çox faydası olduğunu gördükcə inananlar artmğa başladı. 

Bəzən terapevt sertifikatı olmayan şəxslərin bu sahə üzrə fəaliyyət göstərdikləri iddia olunur. Siz bu haqda nə düşünürsünüz?  

- Tibb sahəsində enerji bilikləri işləmir. Lakin biz enerji ilə işləyirik. Əlbəttə ki, biz bunun təlimlərini alırıq, oxuyuruq. Mən demək olar ki, 2 ildir ki, oxuyuram, ən gözəl müəllimlərdən, ustadlardan təlimlər alıram. Hazırda bütün dünya üzərində enerji bilikləri çox yayılıb və hər bir ölkədə bu işlənilir. 

Sizcə insanlar ailə düzümü və sadhu terapiyasına gəlməkdə niyə çəkinirlər?  

- Mən deyərdim ki, insanlar özləri ilə üzləşməkdən qorxurlar, ona görə də gəlmirlər. Çox zaman mənə yazırlar ki, Nailə xanım, mən özümlə üzləşməyə qorxuram. Qorxmayın. Həqiqətən də insan özü ilə üzləşəndən sonra hər şey öz yoluna düşür. İnsan bir günə həyatını dəyişə bilmir, amma bir gecədə sənin fikrin, düşüncən, baxış bucağın dəyişirsə, bütün həyatın dəyişir. Bunu mən öz təcrübəmdə görmüşəm. 

Töhfə Səməd

FOTOLAR

Bir gecədə həyatı dəyişənlər... - "Sadhu" terapiya — 1
Bir gecədə həyatı dəyişənlər... - "Sadhu" terapiya — 2
Bir gecədə həyatı dəyişənlər... - "Sadhu" terapiya — 3
XƏBƏR LENTİ
15 IYUN 2026
DÇ-2026: İspaniya-Kabo Verde oyunu başladı 20:09 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 ABŞ qalib gəlmədi, İran məğlub olmadı: Əsl qalib kimdir? 19:39 Aİ Rusiyanın sanksiyalarına qarşı Ermənistana dəstək planı hazırlayır 19:10 Ukrayna dronlarına ağır zərbə riski: Rusiya ordusu "Starlink"ə qarşı yeni üsul öyrəndi 19:04 Oman ABŞ-İran tarixi sülh razılaşmasını rəsmən alqışladı 18:46 İsrailin sabiq baş naziri: "Netanyahu müharibəni uduzdu" 18:39 Pezeşkian elan etdi: ABŞ və İran arasında müharibə bu tarixdə bitir 18:33 "Sanksiyalar ləğv edilməyəcək!" - Fon der Lyayen İrana şərt qoydu 18:19 Azərbaycan boksçuları Dünya Kubokuna qələbə ilə başladı 18:09 Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Bütün Xəbərlər