Baş prokuror Laçın, Qubadlı, Cəbrayıl və Kəlbəcər rayonlarında oldu

Baş prokuror Laçın, Qubadlı, Cəbrayıl və Kəlbəcər rayonlarında oldu
25.08.2025 14:11 Cəmiyyət

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev 21-22 avqust tarixlərində işğaldan azad edilmiş ərazilərə işgüzar səfər çərçivəsində Laçın, Qubadlı, Cəbrayıl və Kəlbəcər rayonlarında olub. 

Bu barədə TodayPress TV-yə Baş Prokurorluqdan məlumat verilib.

Baş prokuror əvvəlcə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyində olub. Burada o, müasir və müstəqil Azərbaycan dövlətinin banisi, dahi şəxsiyyət Ulu öndəri Heydər Əliyevin büstü önünə gül dəstəsi qoyaraq dahi liderin xalqımız və dövlətimiz qarşısındakı əvəzsiz xidmətlərini dərin hörmətlə anıb. 

Daha sonra Baş prokuror Laçın rayon prokurorluğunun inzibati binasında yaradılmış şəraitlə tanış olub, prokurorluq əməkdaşlarının istifadəsində olan yenicə təmir olunmuş xidməti mənzillərə baxış keçirib.

Səfər çərçivəsində Baş prokuror Qubadlı rayon və Qubadlı hərbi prokurorluğunun xidməti binasında mövcud vəziyyətlə tanış olub, eləcə də, istifadəyə verilməsi planlaşdırılan yeni inzibati binanın təmiri prosesi ilə maraqlanıb. 

Səfər çərçivəsində Baş prokuror,  Cəbrayıl rayon prokurorluğunun inzibati binasında olaraq prokurorluq əməkdaşlarının iş şəraiti ilə tanış olub, onlarla söhbət aparıb.

Baş prokuror səfər zamanı həmçinin Kəlbəcər hərbi prokurorluğu və Kəlbəcər rayon prokurorluğunun inzibati binalarında yaradılan iş şəraiti ilə də tanış olub, əməkdaşlarla görüş keçirib. 

Qeyd edək ki səfər zamanı Baş prokuror Kamran Əliyevi Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev, Hərbi prokuror Bəhruz Əhmədov, Baş Prokurorluq və Hərbi prokurorluğun rəhbər heyəti müşayiət edib.

FOTOLAR

Baş prokuror Laçın, Qubadlı, Cəbrayıl və Kəlbəcər rayonlarında oldu — 1
Baş prokuror Laçın, Qubadlı, Cəbrayıl və Kəlbəcər rayonlarında oldu — 2
Baş prokuror Laçın, Qubadlı, Cəbrayıl və Kəlbəcər rayonlarında oldu — 3
Baş prokuror Laçın, Qubadlı, Cəbrayıl və Kəlbəcər rayonlarında oldu — 4
Baş prokuror Laçın, Qubadlı, Cəbrayıl və Kəlbəcər rayonlarında oldu — 5
Baş prokuror Laçın, Qubadlı, Cəbrayıl və Kəlbəcər rayonlarında oldu — 6
Baş prokuror Laçın, Qubadlı, Cəbrayıl və Kəlbəcər rayonlarında oldu — 7
XƏBƏR LENTİ
01 AVQUST 2026
Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Bütün Xəbərlər