Bakıda taksilərə QADAĞA: Qiymətlər ARTACAQ

Bakıda taksilərə QADAĞA: Qiymətlər ARTACAQ
28.01.2026 13:43 Cəmiyyət

"Yeni qərar taksilərin sayını azaltdığı qədər qiymətlərin də artmasına gətirib çıxara bilər". 

TodayPress TV xəbər verir ki, bu fikirləri nəqliyyat eksperti Adil Nəbiyev taksilərə tətbiq edilən məkan məhdudiyyətlərindən danışarkən bildirib.


Onun sözlərinə görə, Bakıda lisenziyası olan taksi sürücülərinə paytaxtdan kənarda sifariş qəbulunun qadağan edilməsi və eyni qaydanın bölgə taksilərinə Bakıda tətbiq olunması nəqliyyat bazarında ciddi dəyişikliklərə səbəb ola bilər.

"Yağış və ya qar yağan kimi, yaxud metroda hər hansı bir nasazlıq baş verən kimi taksi xidmətlərində onsuz da qiymətlər dərhal qalxır. Bu qərar ilk baxışdan nizam-intizamın yaradılması və bazarın tənzimlənməsi məqsədi daşısa da, praktik nəticələri daha mürəkkəbdir və bir neçə istiqamətdə təsir göstərir. Əvvəla, şəhərlərarası taksi səfərlərinin qiymətlərinin artması ehtimalı kifayət qədər yüksəkdir. Sürücü Bakıdan Sumqayıta, Abşerona və ya digər yaxın şəhərlərə sərnişin apardıqdan sonra geri dönüşdə müştəri götürə bilmirsə, yolun bir hissəsini gəlirsiz qət etmiş olur. Bu itki isə qaçılmaz olaraq gediş haqqına əlavə edilir".

Ekspert vurğulayıb ki, sərnişin faktiki olaraq yalnız bir istiqamətin deyil, gedib-gəlmə məsafəsinin xərcini ödəməli olur. Xüsusilə gündəlik Bakı-Sumqayıt, Bakı-Xırdalan kimi marşrutlardan istifadə edənlər üçün bu, qiymətlərin hiss olunan dərəcədə bahalaşması ilə nəticələnə bilər:

"Digər tərəfdən, bu məhdudiyyət sürücülərin iş səmərəliliyini azaldır. Taksi fəaliyyəti elastiklik üzərində qurulub və sürücü gün ərzində harada sifariş varsa, orada işləməklə qazancını formalaşdırır. Coğrafi sərhədlərin sərtləşdirilməsi sürücünün vaxtının və yanacaq resurslarının israfına səbəb olur, eyni zamanda bazarda süni çatışmazlıq yaradır. Məsələn, Bakıda pik saatlarda taksi tapmaq çətinləşə, bölgələrdə isə boş taksilərin sayı arta bilər".

A.Nəbiyev əlavə edib ki, qadağanın müsbət tərəfi kimi yerli bazarların qorunması və lisenziyasız fəaliyyətin qarşısının alınması göstərilə bilər. Teorik olaraq bu yanaşma hər şəhərdə taksi sayının balanslaşdırılmasına və nəzarətin asanlaşdırılmasına xidmət edir:

"Lakin real vəziyyətdə sərnişinin maraqları ikinci plana keçir. Sərnişin üçün əsas olan rahatlıq, əlçatanlıq və münasib qiymətdir. Əgər qaydalar bu üç amili zəiflədirsə, ictimai narazılıq qaçılmaz olur.

Ümumilikdə, bu qadağa uzunmüddətli perspektivdə nə sürücülər, nə də sərnişinlər üçün ideal görünür. Daha çevik mexanizmlər tətbiq edilə bilərdi. Məsələn, şəhərlərarası səfərdən sonra geri dönüş sifarişlərinə məhdud, lakin icazəli rejim tətbiq etmək və ya vahid regional lisenziya modeli yaratmaq mümkün olardı. Bu halda həm bazar nəzarətdə saxlanılar, həm də qiymətlərin süni artımının qarşısı alınardı".

O qeyd edib ki, mövcud qərar şəhərlərarası taksi səfərlərinin bahalaşmasına real zəmin yaradır və nəqliyyat sistemində balansı zəiflədir. Qadağanın məqsədi anlaşılan olsa da, onun tətbiq forması daha düşünülmüş, sərnişin və sürücü maraqlarını uzlaşdıran şəkildə yenidən nəzərdən keçirilməlidir.

Məlumat üçün bildirək ki, Bakıda fəaliyyət göstərmək üçün lisenziyası olan taksi sürücülərinə artıq paytaxt xaricində sifariş qəbul etməyə icazə verilməyəcək. Eynilə, bölgələrdən olan taksi sürücülərinə də artıq Bakıda fəaliyyət göstərmək qadağandır.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
31 JULY 2026
Azərbaycan və Qırğızıstan arasında sənədlərin mübadiləsi olub - YENİLƏNDİ 09:12 Azərbaycan və Qırğızıstan yeni iş yerləri açacaq 09:49 Azərbaycan Prezidenti yeni hədəflər göstərdi 09:45 NBA-da qalmaqal: Yeni müqavilədən sonra məhkəməyə müraciət etdi 09:30 Azərbaycanın gənc pəhləvanları dünya çempionatında növbəti sınağa çıxır 09:40 Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər 09:39 İran ABŞ-nin Küveytdəki hərbi bazasını vurdu -VİDEO 09:35 Lamin Yamalın ekstravaqant görünüşünün sirri açıqlandı 09:27 Futbolda yeni qarşıdurma: UEFA-nın dünya çempionatı planı üzə çıxdı 09:24 Qırğızıstan Prezidenti Heydər Əliyev ordeni ilə təltif edilib 09:17 Sadır Japarov İlham Əliyevi Qırğızıstanın ali dövlət mükafatı – "Manas" ordeni ilə təltif edib 09:16 “Brent” neftinin qiyməti açıqlandı 09:10 Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında Müqavilə imzalanıb 09:05 Çolpon-Ata və Şuşa şəhərləri qardaşlaşıb 09:02 Qırğızıstan Prezidenti: Qırğızıstan və Azərbaycan bir-birinin simasında etibarlı dost qazanıblar 09:00 Danlanan basketbolçu NBA Yay Liqasının MVP-si oldu və “Qolden Steyt”ə keçdi 08:56 Rusiyaya PUA hücumu: Neft zavodları və iri logistika mərkəzləri vuruldu -VİDEO 08:52 İraoladan İsak mesajı: “Mövsümün əsas simalarından biri olacaq” 08:45 Dünya futbolunda gərginlik: FIFA-dan mühüm bəyanat 08:42 Azərbaycan Prezidenti: Qırğızıstan–Azərbaycan İnkişaf Fondunun uğurla fəaliyyət göstərməsi məni sevindirir 08:28 Prezident İlham Əliyev: "Manas" adını daşıyan məktəb qardaşlığımızın növbəti rəmzidir 08:27 Azərbaycan Prezidenti: Qırğızıstanın uğurlarına dostlarınız və qardaşlarınız olaraq hər zaman sevinirik 08:24 Çolpon-Ata şəhərində prezidentlərin iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclası keçirilir 08:23 Sadır Japarov: Qırğızıstan və Azərbaycanı ortaq tarixi köklər və mənəvi yaxınlıq birləşdirir 08:30 Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti ilə təkbətək görüşü keçirilib 07:57 All News