Bakıda küçə ticarəti qadağan olunacaq? - AÇIQLAMA

Bakıda küçə ticarəti qadağan olunacaq? - AÇIQLAMA
04.12.2025 16:23 Cəmiyyət

Bakının Yasamal rayonunda “Yasamal” bazarı və “İnşaatçılar” metrostansiyası ətrafında keçirilən reyd zamanı ciddi qanunsuzluqlar aşkarlanıb. Yoxlamalar nəticəsində yumurta, süd və süd məhsullarının baytarlıq ekspertizasından keçmədən, həmçinin soyuducu rejimi olmadan, açıq havada satıldığı müəyyən edilib. Bundan əlavə, ev üsulu ilə hazırlanmış, etiket məlumatı olmayan turşuların satışa çıxarıldığı da qeydə alınıb. Satıcılara nöqsanların aradan qaldırılması ilə bağlı məcburi göstərişlər verilib.


Məsələ ilə bağlı qida eksperti Fərid Səfərov TodayPress TV-yə açıqlamasında bildirib ki, belə yerlərdən alınan məhsullar insan sağlamlığı üçün çox ciddi təhlükə yaradır.


Onun sözlərinə görə, açıq şəraitdə və səhv temperaturda saxlanılan yumurta və süd məhsulları bir neçə saat ərzində mikroblarla çirklənə bilər:

"Salmonella yumurtada, "E.coli", "Listeria", "Staphylococcus aureus" isə süd və süd məhsullarında sürətlə çoxala bilir. +5°C-dən yuxarı temperaturda bu mikrobların artması daha da sürətlənir. Açıq məhsullar toz, milçək və çirkli qablar vasitəsilə çirklənir Evdə hazırlanan, lakin etiketlənməyən turşular da xüsusi risk daşıyır. Bu məhsulların hansı qablarda hazırlandığı bilinmir. Alüminium və sink kimi ağır metalların qidaya sızması mümkündür. Plastik qabların təkrar istifadəsi isə xərçəngtörədici maddələrin, məsələn, "BPA"nın turşuya keçməsinə səbəb ola bilər".

Ekspert əlavə edib ki, etiket olmadığından tərkibdə hansı ədviyyatların, allergenlərin və qatqıların olduğu bilinmir ki, bu da hamilələr, uşaqlar və allergiyası olan şəxslər üçün ciddi təhlükə yaradır.


"Küçədə satılan belə məhsullar risklərlə müşayiət olunur. Bunlar qida zəhərlənməsi, botulizm riski, ishal, qusma, yüksək qızdırma, bağırsaq və ağız boşluğu infeksiyaları, hamilələrdə döl üçün təhlükə, ağır metal və toksinlərlə zəhərlənmədir. Xüsusilə immun sistemi zəif olan kateqoriyalar, körpələr, hamilələr, yaşlılar və xroniki xəstələr bu cür məhsullardan çox ağır zərər görə bilərlər".

Fərid Səfərov istehlakçılara çağırış edərək qeyd edib ki, belə məhsullar ən yüksək risk qrupuna daxildir. Yalnız təmiz, sertifikatlaşdırılmış mənbələrdən alınmış qidaları seçmək vacibdir. Tərkib, istehsal tarixi və istifadə müddəti mütləq göstərilməlidir. 

O vurğulayıb ki, qanunsuz küçə ticarətinin qarşısının alınması həm ictimai sağlamlıq, həm də qida təhlükəsizliyi baxımından zəruridir.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
31 JULY 2026
HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 All News