Bahar Muradova: “Qadın ailənin və cəmiyyətin əsas dayağıdır”

Bahar Muradova: “Qadın ailənin və cəmiyyətin əsas dayağıdır”
24.12.2025 11:34 Cəmiyyət

“Qadın, əgər belə demək mümkünsə, cəmiyyətin və ailənin dayağıdır. Gələcək nəsillərin formalaşdığı əsas mənəvi məkandır”.

TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Bakıda keçirilən Azərbaycan Din Xadimlərinin II Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, qadının sosial fəallığı ilə mənəvi dayanıqlığı arasında harmoniya olmadıqda nə ailə möhkəm olur, nə də cəmiyyət sağlam inkişaf edir. Bahar Muradovanın sözlərinə görə, mənəvi gücün əsas dayaqlarından biri qadının iqtisadi cəhətdən gücləndirilməsidir və bu harmoniyanın formalaşmasında dini icmaların, din xadimlərinin, maarifləndirici sözün və düzgün təqdim olunan dini dəyərlərin rolu xüsusi əhəmiyyət daşıyır.

“Müasir dövrdə qadınlar bir sıra çağırışlarla üz-üzədirlər. Ailə və ictimai həyat arasında balansın qorunması, informasiya məkanında mənəvi təsirlər, sosial təzyiqlər və yanlış dini yozumlar bu çağırışların əsasını təşkil edir. Bu nöqtədə dini icmaların üzərinə böyük məsuliyyət düşür”, – deyə Bahar Muradova qeyd edib.

O əlavə edib ki, din qadını cəmiyyətin inkişaf prosesindən kənarlaşdırmamalıdır və Azərbaycanda mövcud dəyərlər sistemi qadını hörmət edilən, qorunan, inkişaf edən və qərar verən şəxsiyyət kimi təqdim edir. Komitə sədri bildirib ki, multikulturalizm və dini dözümlülük bu dəyər sisteminin mühüm tərkib hissəsidir:

“Bu həqiqətlərin düzgün izahı və təbliği dini liderlərin mənəvi missiyasıdır. Qadınların ailə və cəmiyyət qarşısında üzərlərinə düşən missiyanı uğurla yerinə yetirməsi təkcə hüquqi mexanizmlərlə deyil, həm də mənəvi və ictimai dəstək tədbirləri ilə mümkündür və bu baxımdan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır”.

Komitə sədri bildirib ki, birgə həyata keçirilən təşəbbüslər çərçivəsində ailə institutunun möhkəmləndirilməsi, erkən nikahların qarşısının alınması, qadınlara qarşı zorakılığın dini dəyərlərə zidd mahiyyətinin izahı, uşaqların sağlam mənəvi mühitdə böyüməsinin təşviqi istiqamətində ardıcıl və məqsədyönlü işlər görülür.

O qeyd edib ki, bu gün keçiriləcək panel müzakirələr bu əməkdaşlığın daha dərin və daha təsirli mərhələyə keçidi üçün mühüm fürsətdir. Bahar Muradovanın sözlərinə görə, panel çərçivəsində səslənəcək fikirlər və paylaşılan təcrübələr qadınların cəmiyyətdə rolunun dini və dünyəvi dəyərlərin vəhdəti əsasında daha düzgün formalaşmasına töhfə verəcək.

Sonda Komitə sədri vurğulayıb ki, Azərbaycan beynəlxalq aləmdə qadın hüquqlarının qorunması, tolerantlıq və dinlərarası dialoq sahəsində nümunəvi ölkə kimi tanınır və bu uğurun arxasında dövlət siyasəti ilə yanaşı, cəmiyyətin bütün institutlarının, o cümlədən dini icmaların məsuliyyətli mövqeyi dayanır.

Qiymət Mahir

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
"Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 All News