Bahar Muradova BMT-də Türk Dövlətləri Təşkilatı adından çıxış etdi

Bahar Muradova BMT-də Türk Dövlətləri Təşkilatı adından çıxış etdi
10.03.2026 00:21 Cəmiyyət

Nyu-Yorkda BMT-nin Baş Qərargahında keçirilən BMT-nin Qadınların Statusu üzrə Komissiyasının 70-ci sessiyasının (CSW70) sessiyasının ümumi müzakirələri çərçivəsində Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Türk Dövlətləri Təşkilatı adından bəyanatla çıxış edib.

TodayPress TV  xəbər verir ki, o bildirib ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələr-Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Azərbaycan əsas insan hüquqlarına, insan ləyaqətinə, həmçinin qadın və kişilərin bərabər hüquqlarına sadiq olduqlarını bir daha təsdiqləyirlər. Qeyd olunub ki, bu prinsiplər BMT nizamnaməsində də öz əksini tapır və üzv dövlətləri bu istiqamətdə davamlı və məqsədyönlü addımlar atmağa çağırır.

B.Muradova çıxışında vurğulayıb ki, təşkilata üzv ölkələr qadın və qızların hüquqlarının tam təmin olunması istiqamətində öhdəliklərinə sadiqdir və bu baxımdan "Pekin Bəyannaməsi və Fəaliyyət Platforması" sənədinin məqsəd və hədəflərini dəstəkləyir. Onun sözlərinə görə, qadın və qızların hüquqları bütün insan hüquqları və fundamental azadlıqların ayrılmaz hissəsidir.

Sessiyanın əsas mövzusu olan qadın və qızların ədalətə çıxış imkanlarının genişləndirilməsi məsələsinə toxunan komitə sədri qeyd edib ki, bu istiqamətdə görülən tədbirlər qadınların hüquqlarının tam reallaşdırılması, onların səlahiyyətləndirilməsi və gender bərabərliyinin təşviqi üçün mühüm əhəmiyyət daşıyır. Həmçinin bu sahədə əldə olunan irəliləyiş Davamlı İnkişaf üzrə 2030 Gündəliyi çərçivəsində qarşıya qoyulan məqsədlərin həyata keçirilməsinə də töhfə verir.

Çıxışda ailənin cəmiyyətin əsas və təməl institutu kimi rolu xüsusi qeyd olunub. Bildirilib ki, Ümumdünya İnsan Hüquqları Bəyannaməsi sənədinə uyğun olaraq ailənin qorunması, möhkəmləndirilməsi və inkişafı qadınların hüquqlarının təmin edilməsində mühüm rol oynayır.

B.Muradova həmçinin qadın və qızların sosial-iqtisadi inkişafda bərabər iştirakını təmin etmək üçün zəruri şəraitin yaradılmasının vacibliyini vurğulayıb. Erkən və məcburi nikahlar, təhsil və məşğulluq imkanları, eləcə də xüsusilə kənd yerlərində yaşayan qadın və qızların reproduktiv sağlamlıq xidmətlərinə çıxışındakı maneələrin aradan qaldırılmasının əhəmiyyəti qeyd olunub.

Sonda komitə sədri Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qadınların səlahiyyətləndirilməsi, gender bərabərliyinin təşviqi və insan təhlükəsizliyinin gücləndirilməsi istiqamətində beynəlxalq əməkdaşlığa sadiq qaldıqları vurğulanıb. Bildirilib ki, bu yanaşma təşkilatın 2021-ci ildə qəbul edilmiş Türk Dünyası Vizyonu – 2040 sənədində də öz əksini tapıb.

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 All News