Azərbaycanlı kişilər aliment ödəməkdən buna görə yayınır - AÇIQLAMA

Azərbaycanlı kişilər aliment ödəməkdən buna görə yayınır - AÇIQLAMA
15.01.2026 17:55 Cəmiyyət

Azərbaycanda aliment ödənişləri ilə bağlı problemlər son illər daha qabarıq şəkildə özünü göstərir. 2025-ci ildə 6 300-dək iş üzrə aliment ödənişi həyata keçirilməyib, ötən il icraatda olan 142 minə yaxın aliment işindən təxminən 47 minində isə ödənişlər gecikmə ilə yerinə yetirilib.  

Maraqlıdır, bu nə ilə bağlıdır? Azərbaycanda kişilər niyə aliment ödəməkdən yayınırlar? 

"Alimentdən yayınma hallarına daha çox mübahisəli ailələrdə və 40–45 yaşlı bəzi kişilər arasında görülür".

Bunu  TodayPress TV-yə psixoloq Sevinc Həbibova deyib.


Onun sözlərinə görə, alimenti vaxtında və artıq ödəyən məsuliyyətli şəxslər də var:

"Aliment məsələləri ilə bağlı bunu xüsusi vurğulamaq lazımdır ki, söhbət heç də hər kəsə aid deyil. Cəmiyyətimizdə elə kişilər var ki, aliment ödənişlərini vaxtında və tam şəkildə edirlər. Hətta bəzi hallarda minimum məbləğdən artıq ödəyənlər də var. Məsələn, alimentin minimum məbləği 246 manat müəyyən edilibsə, bəzi şəxslər bunu 300 manat və ya daha çox ödəyirlər. Elələri də var ki, onlar alimentdən əlavə yardım göstərirlər". 

Psixoloq qeyd edib ki, aliment ödənişlərində problemlər daha çox mübahisəli ailələrdə baş verir:

"Yenə də qeyd edirəm ki, bu deyilənlər ümumiləşdirilməməlidir. Amma düşünürəm ki, aliment ödənişlərinin gecikdirilməsi və ya yerinə yetirilməməsi əsasən mübahisəli ailələrdə daha çox müşahidə olunur. Belə ailələrdə bu məsələ sanki bir təzyiq və ya etiraz vasitəsinə çevrilir. Bu vəziyyət böhranla deyil, daha çox yaş amili ilə bağlıdır və boşanma hallarına nəzər salanda bunu aydın görmək olur.

Məsələn, 25 yaşında ayrılan insanlar üçün bu, müəyyən keçid və uyğunlaşma dövrü olur və əksər hallarda aliment ödənişləri həyata keçirilir. Amma müşahidələrimə əsasən, 40–45 yaş aralığında olan kişilər arasında alimentdən boyun qaçırma hallarına daha çox rast gəlinir. Yenə də vurğulayıram ki, bu, hamıya aid deyil. Sadəcə olaraq, bu yaş dövründə olan bəzi kişilər məsuliyyəti üzərindən atmağa və ya məsələyə etinasız yanaşmağa meylli olurlar".

Ekspert, həmçinin vurğulayıb ki, gənc kişilər alimenti daha məsuliyyətlə və vaxtında ödəyirlər:

"Əksinə, gənc ailələrdə, xüsusilə 25–30 yaş aralığında olan kişilər arasında alimenti vaxtında və hətta artıq məbləğdə ödəyənlərə daha çox rast gəlinir. Bu, şəxsi məsuliyyət və vicdan məsələsidir və hər kəs öz üzərinə düşən öhdəliyi dərk etməlidir".

Mütəxəssis bildirib ki, bəzən cəmiyyətdə belə bir yanlış fikir səslənir ki, guya boşanmalar yalnız aliment almaq üçün baş verir. Məncə, bu yanaşma düzgün deyil. Axı aliment uşağın ehtiyacları üçündür və uşaq ailədən ayrı düşdükdən sonra bu vəsaitin onun bütün ehtiyaclarını necə qarşılayacağını düşünmək lazımdır.

"Bir daha deyirəm, bu fikirlər hamıya şamil edilmir. Amma müşahidələr göstərir ki, alimentə laqeyd münasibət daha çox mübahisəli ailələrdə və xüsusilə 40–45 yaş aralığında olan bəzi kişilər arasında rast gəlinir. Gənc ailələrdə isə bu məsuliyyətə daha ciddi yanaşılır", - S.Həbibova fikrini tamamlayıb. 

Jalə Rövşən

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 All News