Azərbaycanlı jurnalist qazilər Türkiyə qazilər vəqfini ziyarət etdilər

Azərbaycanlı jurnalist qazilər Türkiyə qazilər vəqfini ziyarət etdilər
31.07.2025 15:21 Cəmiyyət

Vətən Müharibəsi iştirakçısı olan bir qrup azərbaycanlı jurnalist Türkiyə Qazilər və Şəhid Ailələri Vəqfinin İstanbul şöbəsini ziyarət ediblər.

TodayPress TV xəbər verir ki, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə Vətən müharibəsində iştirak etmiş jurnalistlər barədə məlumat verib.

O bildirib ki, Vətən müharibəsi zamanı Azərbaycan jurnalistləri peşə fəaliyyətləri ilə yanaşı, vətənə xidmət borclarını da yerinə yetirib, əsgər kimi döyüşüblər.

Bəhruz Məmmədzadə iki qardaş ölkənin sarsılmaz bağları olduğunu vurğulayıb və belə görüşlərin böyük mənəvi yük daşıdığını qeyd edib.

Türkiyə Qazilər və Şəhid Ailələri Vəqfinin İdarə Heyətinin üzvü, İstanbul şöbəsinin sədri, qazi Ferhat Koçak da öz növbəsində ölkələrimiz arasındakı münasibətləri, əlaqələri yüksək qiymətləndirib, eyni zamanda, qazi jurnalistlərlə görüşdən məmnunluğunu ifadə edib:

"Azərbaycan hər zaman yanımızda olub və olacaq. Biz Azərbaycanı ikinci vətənimiz sayırıq. Türkiyə olaraq biz də həmişə qardaşlarımızın yanındayıq. Vətən uğrunda döyüşən qazi jurnalistlərlə görüşdən çox şadıq. Bu cür görüşlərin tez-tez olmasını arzu edirik".

Qeyd edək ki, qazi jurnalistlərin Türkiyəyə səfəri MediaTürk TV-nin təşəbbüsü, "TİKA Azərbaycan"ın koordinatorluğu, Türkiyə Media İş Sendikası və Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin təşkilatçlığı ilə Azərbaycan Milli Mətbuatının 150 illiyi münasibətilə təşkil olunub.

FOTOLAR

Azərbaycanlı jurnalist qazilər Türkiyə qazilər vəqfini ziyarət etdilər — 1
Azərbaycanlı jurnalist qazilər Türkiyə qazilər vəqfini ziyarət etdilər — 2
Azərbaycanlı jurnalist qazilər Türkiyə qazilər vəqfini ziyarət etdilər — 3
Azərbaycanlı jurnalist qazilər Türkiyə qazilər vəqfini ziyarət etdilər — 4
Azərbaycanlı jurnalist qazilər Türkiyə qazilər vəqfini ziyarət etdilər — 5
XƏBƏR LENTİ
16 IYUN 2026
"Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 "Qarabağ"ın Avropa Liqada rəqibi bəlli olur 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Neft ucuzlaşmağa davam edir 09:27 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 Bütün Xəbərlər