Azərbaycanı susuz qalmaqdan xilas edəcək 1,8 milyard dollarlıq RAZILAŞMA

Azərbaycanı susuz qalmaqdan xilas edəcək 1,8 milyard dollarlıq RAZILAŞMA
19.06.2026 21:18 Cəmiyyət

Su ehtiyatlarının səmərəli idarə olunması və əhalinin dayanıqlı su təminatı son illərdə Azərbaycanın qarşısında duran əsas məsələlərdən biridir. İqlim dəyişiklikləri, quraqlıq riskinin artması və kənd təsərrüfatında suya tələbatın yüksəlməsi bu sahədə yeni investisiyaların əhəmiyyətini daha da artırır.

TodayPress TV xəbər verir ki, Bakıda keçirilən İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantısında su təsərrüfatı layihələri də prioritet istiqamətlərdən biri kimi təqdim olunub. Bildirilib ki, İİB-nin Azərbaycandakı layihə portfelinin ümumi həcmi 1,8 milyard dollar təşkil edir. Hazırda icra mərhələsində olan 11 layihənin ümumi dəyəri isə təxminən 640 milyon dollardır.

Bank tərəfindən maliyyələşdirilən layihələr arasında su təchizatı infrastrukturunun yenilənməsi, müasir suvarma sistemlərinin qurulması və su ehtiyatlarının daha səmərəli idarə olunmasına yönəlmiş proqramlar yer alır. Bu layihələrin əsas məqsədi su təminatının yaxşılaşdırılması, kənd təsərrüfatında məhsuldarlığın artırılması və iqlim dəyişikliklərinin təsirlərinin azaldılmasıdır.

İİB nümayəndələrinin sözlərinə görə, gələcək illərdə də su sektoru Azərbaycanla əməkdaşlığın əsas istiqamətlərindən biri olaraq qalacaq. Həmçinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri çərçivəsində su infrastrukturu layihələrinə də xüsusi diqqət ayrılacaq.

Xanım Musayeva

NEWS FEED
19 JUNE 2026
Qara dəniz sahilində PUA tapıldı! - Araşdırma aparılır 23:35 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq 22:25 Rusiyanın milyardları Ukrayna ordusuna yönəldilir – Senatda mühüm qanun layihəsi 23:17 Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli oldu 22:13 Cozef Aun və Marko Rubio Livandakı vəziyyəti müzakirə ediblər 22:42 İstanbulda metro qatarı relsdən çıxdı - Xəsarət alanlar var - YENİLƏNİB 22:06 Seçkilərin nəticəsi LƏĞV OLUNACAQ — Daha bir partiya məhkəməyə müraciət etdi 22:41 Müharibədə daha bir azərbaycanlı həlak oldu - Nəşi tapılmır 21:54 Ağ Evdən Təl-Əvivə təzyiq: Tramp İsraildən sülhə razı olmağı xahiş etdi 22:00 Qadınlarda ibarət millimiz İsraili məğlub etdi 21:57 Kişilərdən ibarət voleybol millimiz Macarıstana məğlub oldu 21:25 İran ABŞ-yə çağırış etdi: "Şərtlərə əməl olunmasını təmin edin!" 21:53 Ötən tədris ilində Azərbaycanda neçə tələbə vəfat edib? 21:19 Ərdoğan və Sinqapurun Baş naziri görüşdü: Nələr müzakirə edidi? 20:47 Pakistanın Baş naziri Məhəmməd bin Salmana təşəkkür etdi 21:20 Azərbaycanı susuz qalmaqdan xilas edəcək 1,8 milyard dollarlıq RAZILAŞMA 21:09 "Neftçi" onunla vidalaşdı 20:19 Zelenski Lukaşenkoya bir həftə vaxt verdi- Əks halda... 21:00 Fırıldaqçılar deputatı aldatdılar - 10 kilo qızılını öz əli ilə verdi 20:58 ABŞ-İran razılaşmasının GİZLİNLƏRİ 20:30 ABŞ kəşfiyyatından İsraillə bağlı gözlənilməz xəbərdarlıq 20:40 Aİ geri addım atdı: "Ukrayna-Rusiya danışıqları üçün hələ vaxt çatmayıb" 20:10 Rüstəm Minnixanov İlham Əliyevi təbrik etdi 20:32 Qeyri-etik görüntüləri yayılan “Dr. Gülü” daha bir pasiyenti yarıcan qoyub? - VİDEO 20:23 Hücumlar dayanmır - İsrail Livanı intensiv atəşə tutdu, ölənlər var 20:03 All News