Azərbaycanda sosial şəbəkələrə yaş məhdudiyyəti tətbiq oluna bilər - AÇIQLAMA

Azərbaycanda sosial şəbəkələrə yaş məhdudiyyəti tətbiq oluna bilər - AÇIQLAMA
19.12.2025 17:37 Cəmiyyət

Azərbaycanda 16 yaşdan aşağı uşaqların sosial şəbəkələrdə hesab açmasının qadağan edilməsi təklif olunur. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov bu barədə parlamentin plenar iclasında İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı bu təşəbbüslə çıxış edib.

Mövzu ilə bağlı TodayPress TV-yə danışan təhsil eksperti Rizvan Fikrətoğlu bildirib ki, bu cür qərarların əsas məqsədi uşaqların təhlükəsizliyinin qorunmasıdır və yanaşma düzgün istiqamətdədir.


Onun sözlərinə görə, sosial şəbəkələr uşaqlar üçün həm informasiya mənbəyi, həm də ciddi risk daşıyan platformalardır:

"16 yaşdan aşağı uşaqların psixoloji və emosional inkişafı hələ tam formalaşmadığı üçün onlar sosial şəbəkələrdə rast gəlinən zorakılıq, aqressiya, yanlış informasiya, manipulyativ və zərərli kontent qarşısında daha həssasdırlar. Bu baxımdan yaş məhdudiyyəti təhlükəsizlik tədbiri kimi başa düşülməlidir".

Ekspert əlavə edib ki, sosial şəbəkələrdə nəzarətsiz iştirak uşaqlarda diqqət dağınıqlığı, asılılıq, özgüvən problemləri və aqressiv davranışlara səbəb ola bilər:

"Son illər məktəblərdə müşahidə etdiyimiz bir çox davranış və psixoloji problemlərin kökündə məhz nəzarətsiz sosial media istifadəsi dayanır. Uşaqlar real ünsiyyətdən uzaqlaşır, virtual aləmdə özlərini təsdiqləməyə çalışırlar. Qadağa tətbiq ediləcəyi halda belə, bu məsələ yalnız inzibati tədbirlərlə məhdudlaşmamalıdır. Texniki olaraq qadağa tətbiq etmək mümkündür, lakin bu, problemi tam həll etmir. Əsas məsələ valideyn nəzarəti, məktəblərdə rəqəmsal savadlılıq dərsləri və uşaqlara sosial medianın risklərinin izah edilməsidir".

Rizvan Fikrətoğlu qeyd edib ki, bir sıra ölkələrdə oxşar məhdudiyyətlər mövcuddur və bu yanaşma artıq qlobal tendensiyaya çevrilib.

Qeyd edək ki, sözügedən qanun daha əvvəl Avstraliyada tətbiq edilib.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
Dünyanın ən zəngin adamları iyulda milyardlarla dollar itirdi 18:22 Avropa “qapıları bağlayır” - Miqrant məsələsi canlarına “qorxu saldı” 18:08 Dünya çempionatı: İbrahim Həsənov finala yüksəldi - YENİLƏNDİ 2 15:10 Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi oldular 17:25 Rezai: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq 17:09 Arvadını qətlə yetirən şəxsə hökm oxundu 16:54 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 All News