Azərbaycanda ikinci əl avtomobillərə tələbat yenidən artacaq - Ekspert

Azərbaycanda ikinci əl avtomobillərə tələbat yenidən artacaq - Ekspert
18.11.2025 15:37 Cəmiyyət

"Azərbaycanda gələn ildən qüvvəyə minəcək yeni tələblər və vergi dəyişiklikləri fonunda ikinci əl avtomobillərə maraq yenidən artacaq".

Bunu nəqliyyat eksperti Adil Nəbiyev  TodayPress TV-yə açıqlamasında deyib.


Onun sözlərinə görə, Çin istehsalı avtomobillər bazara daxil olmadan əvvəl ölkədə daha çox ikinci əl avtomobillərə üstünlük verilirdi. Buna səbəb yeni avtomobillərin baha olması idi:

"Yeni avtomobillər əlçatan deyildi, buna görə də alqı-satqının böyük hissəsini işlənmiş avtomobillər təşkil edirdi. Son illərdə taksi fəaliyyəti üçün qoyulan tələblərin sərtləşməsi yeni avtomobillərə marağı artırsa da, bu uzunmüddətli olmayacaq. Çin maşınları daha ucuz olduğu üçün taksi sürənlərin çoxu onları alırdı. Amma yeni ildən vergi və ƏDV ilə bağlı dəyişikliklər səbəbindən Çin avtomobilləri bahalaşacaq. Bu da ikinci əl avtomobillərə tələbatı artıracaq.

Ekspert hesab edir ki, keyfiyyətli ikinci əl avtomobil bir çox hallarda daha etibarlı seçim ola bilər:

"Almaniya, Yaponiya, Koreya istehsalı olan avtomobillər düzgün qulluq olunubsa, qəzasızdırsa və yürüşü ilə oynanılmayıbsa, 10-15 il problemsiz xidmət göstərə bilər. İkinci əl avtomobil alarkən peşəkar ustaya göstərmək və kompüter diaqnostikası vacibdir. Amerikadan gətirilən bəzi maşınlar suya düşmüş olur, bu isə sonradan ciddi problemlər yarada bilir. Mütləq elektronika, mühərrik, sürətlər qutusu və alt hissə yoxlanılmalıdır".

Mütəxəssis əlavə edib ki, qəzalı avtomobillərdə ən böyük risk daşıyıcı konstruksiyanın, xüsusilə lonjeronların zədələnməsidir:

"Bəzən aşıb düzəldilmiş avtomobillər olur. Çöldən yaxşı görünsə də, yolda əyri gedir və idarəetmədə problemlər yaradır. 5-10 il işlənmiş avtomobillər eyni modelin yenisindən təxminən iki dəfə ucuz olur. Azərbaycanın gəlir reallığını nəzərə alsaq, bu daha uyğun variantdır. Xarici təcrübədə də belədir ki, insan aldığı maşının dəyəri iki illik maaşını keçməməlidir".

Adil Nəbiyev vurğulayıb ki, yeni avtomobil almaq imkan daxilindədirsə, əlbəttə üstünlük verilə bilər, lakin lizinqdə qiymət ikiqat bahalaşdığı üçün risk yaradır.

O, Azərbaycanda ən çox sürülən avtomobil markalarını sadalayıb:

"Bizdə Alman maşınları daha çox sevilir. Yapon istehsalı "Toyota", "Honda", eləcə də Koreyanın "Hyundai" və "Kia markaları geniş yayılıb. "Mercedes" və "BMW" isə illərdir ən populyar markalardandır. İqtisadi reallıqları nəzərə alaraq ikinci əl avtomobillərə tələbatın artımı davam edəcək", - deyə ekspert qeyd edib.

Türkan İsgəndərli

 TodayPress TV

NEWS FEED
16 JUNE 2026
Ermənistanda Türk görənlərin reaksiyası - VİDEO 15:18 Cimidən müsəlmanlara təhqir: sizi doğrayıb, torpağa basdıracağıq! 15:16 Cavid Hüseynov "Araz-Naxçıvan"ın baş məşqçisi təyin edildi 15:10 Nazirlər Kabineti sənaye və texnologiyalar parkları ilə bağlı qərar verdi 15:02 Bu məhsullar ədv-dən azad edildi - RƏSMİ 14:45 Şuşada bağlanan müqavilə rusları və erməniləri qorxuya saldı, Əliyevin imzasını görənlər… 14:36 Rusiyanı 1941-ci ildən pis hala salarıq – Almanların gözü "qızdı" 14:29 İranda kim uduzdu, kim uddu, peşmanı kim olacaq? 14:29 Rusiya və Türkiyə XİN rəhbərləri arasında görüş başladı 14:15 7 min pakistanlı turist Bakıdan qayıtmadı - Təhlükəli vəziyyət yarandı 14:09 Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir 13:58 Kreml: Zelenski ciddi danışıqlara hazırdırsa, Moskvaya gələ bilər 13:44 Paşinyan Koçaryanı Bakıya təhvil verir? – İrəvanı qarışdıran GÖZLƏNİLMƏZ PLAN 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 All News