Azərbaycan nümayəndə heyəti Əbu-Dabidə keçirilən sammitdə iştirak edir

Azərbaycan nümayəndə heyəti Əbu-Dabidə keçirilən sammitdə iştirak edir
09.12.2025 10:12 Cəmiyyət

Azərbaycan nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçirilən dünyanın media və məzmun sənayesinin ən böyük "Bridge" sammitində iştirak edir.

Bu barədə Medianın İnkişafı Agentliyindən TodayPress TV-yə verilən məlumata görə, sammit çərçivəsində media, rəqəmsal məzmun istehsalı, müəllif hüquqları, süni intellektlə yaradılmış materiallar, generativ alətlər, qarışıq reallıq, məlumatların gələcəyi, marketinq, orijinal striminq məzmunu, çoxplatformalı hekayə yaradıcılığı sahələrini əhatə edən istiqamətlər üzrə tədbirlər, həmçinin sərgilər təşkil olunacaq.

Dekabrın 10-dək davam edəcək sammitdə yaradıcı şəxslər, media və məzmun istehsalçıları, investorlar, universitetlər və tədqiqat mərkəzlərinin təmsilçiləri olmaqla, ümumilikdə 60 mindən çox qonağın iştirakı nəzərdə tutulur.

Bundan başqa, tədbirlərdə 400-dən çox beynəlxalq mütəxəssisin, o cümlədən siyasətçilərin, innovasiya liderlərinin və influenserlərin çıxışı gözlənilir.

Sammitin əsas hədəflərindən biri liderləri, siyasətçiləri və vizion sahiblərini bir araya gətirərək dialoq, təcrübə mübadiləsi və ortaq təşəbbüslərin başlanğıcını təmin etmək, qeyri-maddi yaradıcılıq sektorunun genişlənməsinə, fərdi istedadların dəstəklənməsinə, yeni bizneslərin qurulmasına, davamlılığın təmin olunmasına və strateji sərmayələrin gələcək sahələrə yönəldilməsinə töhfə verməkdir.

TodayPress TV

NEWS FEED
31 JULY 2026
“Qarabağ”ın Konfrans Liqası oyununa FIFA referisi təyin edildi 15:33 Stalinin güllələtdiyi zadəganın SSRİ neft sənayəsini dirçəltmiş akademik oğlu: Midhət Abbasov-100 15:28 Niderland millisini tanınmış keçmiş futbolçu çalışdıra bilər 15:09 Prezidentin təltif olunduğu orden: Daha kimlərə verilib? 15:19 “Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 All News