Azərbaycan Lüksemburqda beynəlxalq festivalda ilk dəfə təmsil olundu

Azərbaycan Lüksemburqda beynəlxalq festivalda ilk dəfə təmsil olundu
23.03.2026 20:23 Cəmiyyət

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyinin dəstəyi, LuxAz Lüksemburq Azərbaycan Dostluq Assosiasiyasının təşkilatçılığı ilə Lüksemburqda hər il keçirilən və ölkənin ən böyük multikultural tədbirlərindən biri hesab olunan “Miqrasiyalar, Mədəniyyətlər və Vətəndaşlıq Festivalı”nın 43-cü buraxılışında ilk dəfə olaraq Azərbaycan stendi təşkil edilib.

TodayPress TV xəbər verir ki, CLAE (Xarici Assosiasiyaların Əlaqələndirmə Komitəsi) tərəfindən təşkil olunan festival iki gün ərzində Luxexpo sərgi mərkəzində keçirilib və 400-dən çox stend müxtəlif ölkələrin mədəniyyətini, mətbəxini və ictimai fəaliyyətlərini təqdim edib.

Tədbir müxtəlif icmalar arasında dialoqun gücləndirilməsi, inteqrasiya və mədəni müxtəlifliyin təşviqi məqsədi daşıyır.

Azərbaycan stendi vasitəsilə ziyarətçilərə ölkəmizin zəngin mədəni irsi, milli mətbəxi və ənənələri təqdim edilib.

Bir sıra rəsmi şəxslər festival çərçivəsində Azərbaycan stendini ziyarət edib. Stendə Lüksemburqun xarici işlər və xarici ticarət naziri Xavier Bettel və Lüksemburqun Ailə işləri, həmrəylik, birgəyaşayış və qaçqınların qəbulu üzrə naziri Max Hahn baş çəkərək təqdim olunan mədəniyyət nümunələri ilə yaxından tanış olublar.

LuxAz nümayəndələri bildiriblər ki, bu iştirak Azərbaycan mədəniyyətinin Lüksemburqda tanıdılması və müxtəlif icmalar arasında əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Stendin rəhbərləri Sevinc Ömərli və Seymur Əhmədov qeyd ediblər ki, bu kimi beynəlxalq tədbirlərdə iştirak gələcəkdə də davam etdiriləcək və Azərbaycanın zəngin mədəniyyəti daha geniş auditoriyaya təqdim olunacaq.

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
"Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələndi 10:30 Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 "Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 "Qarabağ"ın Avropa Liqada rəqibi bəlli olur 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Neft ucuzlaşmağa davam edir 09:27 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 All News