AZAL “Uçuş Təhlükəsizliyi Günü” tədbiri keçirdi

AZAL “Uçuş Təhlükəsizliyi Günü” tədbiri keçirdi
04.09.2025 17:19 Cəmiyyət

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Hava Yolları” QSC (AZAL) uçuş təhlükəsizliyinin idarə olunmasının təkmilləşdirilməsi və məsuliyyət mədəniyyətinin gücləndirilməsi məqsədilə Bakıda “AZAL Uçuş Təhlükəsizliyi Günü” (“AZAL Flight Safety Day”) adlı tədbir keçirib.

TodayPress TV xəbər verir ki, AZCON Holdinqin nümayəndələri, AZAL-ın rəhbər heyəti, Milli Aviasiya Akademiyasının, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin və digər tərəfdaş qurumların tədbirdə birgə iştirakı milli aviadaşıyıcının yüksək təhlükəsizlik standartlarına, inkişafa və sərnişin etimadının möhkəmləndirilməsinə verdiyi önəmi nümayiş etdirdi.

Böyük Britaniya Mülki Aviasiya İdarəsinin (“UK Civil Aviation Authority”, UK CAA) dəstəyi ilə keçirilən tədbirdə spikerlər sırasında beynəlxalq səviyyəli mütəxəssislər – Böyük Britaniya Mülki Aviasiya İdarəsinin təhlükəsizlik və hava məkanının tənzimlənməsi üzrə direktoru Cankarlo Buono, təhlükəsizlik idarəçiliyi və insan‑təşkilati amillər üzrə tanınmış ekspert Saymon Roberts yer alıblar.

Spikerlər şirkətdə təhlükəsizlik üzrə korporativ mədəniyyətin formalaşdırılmasında qabaqcıl yanaşmalar barədə məlumat verib, bu sahədə şəffaflıq, məsuliyyət və liderliyin gündəlik fəaliyyətin ayrılmaz hissəsi olduğunu xüsusi vurğulayıblar.

“Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev çıxış edərək uçuş təhlükəsizliyinə həsr olunmuş bu tədbirin AZAL üçün böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. “Bu təşəbbüs yalnız rəhbər heyətimizin peşəkar bacarıqlarını gücləndirmir, həm də məsuliyyət və şəffaflıq mədəniyyətinin davamlı inkişafına dəyərli töhfə verir. Bu prinsiplər aviasiya təhlükəsizliyi sistemimizin əsasını təşkil edir və AZAL-ın etibarlı, təhlükəsiz beynəlxalq hava daşıyıcısı kimi nüfuzunu möhkəmləndirir”, - deyə S.Rzayev bildirib.

Qeyd edək ki, təlim proqramı, ümumilikdə uçuş təhlükəsizliyi sahəsində liderlik bacarıqları, müsbət korporativ mədəniyyətin formalaşdırılması, dəyişikliklərin effektiv idarə olunması, insan amilinin təhlükəsizlik sisteminə inteqrasiyası, təhlükəsizlik idarəetmə sisteminin (SMS) səmərəliliyinin artırılması və digər əsas mövzuları əhatə edib.

“AZAL Uçuş Təhlükəsizliyi Günü” tədbiri həm təcrübə mübadiləsi üçün platforma, həm də rəhbərliyin məsuliyyəti və əməkdaşların fəal iştirakı əsasında təhlükəsizlik mədəniyyətinin möhkəmləndirilməsinə yönəlmiş mühüm təşəbbüs olub.

Tədbirlə bağlı hazırlanmış videoçarxı bu linkdən izləyə bilərsiniz: https://youtu.be/Zv7B4BnyYEU.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Bütün Xəbərlər