AZAL bu istiqamətdə ilk uçuşunu həyata keçirdi

AZAL bu istiqamətdə ilk uçuşunu həyata keçirdi
16.06.2026 15:38 Cəmiyyət

"Azərbaycan Hava Yolları" QSC (AZAL) bu gündən Bakı–Şımkent marşrutu üzrə ilk reysini həyata keçirib.

TodayPress TV "Report"un Şimkentə ezam olunmuş müxbirinə istinadən xəbər verir ki, yeni istiqamətin açılması Azərbaycan və Qazaxıstan arasında hava əlaqələrinin daha da genişləndirilməsi, turizm və biznes əlaqələrinin inkişafı, eləcə də iki ölkə arasında humanitar əməkdaşlığın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

AZAL-ın yay uçuş cədvəlinə əsasən, Bakı–Şımkent–Bakı marşrutu üzrə uçuşlar 16–27 iyun 2026-cı il tarixlərində həftədə iki dəfə – çərşənbə axşamı və şənbə günləri həyata keçiriləcək.

30 iyun 2026-cı il tarixindən etibarən isə reyslərin sayı artırılaraq həftədə üç dəfəyə çatdırılacaq. Bakıdan Şımkentə uçuşlar çərşənbə axşamı, cümə axşamı və şənbə günləri, əks istiqamətdə isə çərşənbə, cümə və bazar günləri yerinə yetiriləcək.

Yeni marşrutun açılışı münasibətilə Şımkent şəhərində xüsusi tədbir təşkil olunub. Tədbirdə media nümayəndələri, turizm və aviasiya sektorunun təmsilçiləri iştirak edib. Qonaqlar şəhərin turizm potensialı, mədəni irsi və müasir infrastrukturu ilə yaxından tanış olmaq imkanı əldə ediblər.

AZAL-ın marşrut şəbəkəsinə Şımkent şəhərinin daxil edilməsi sərnişinlər üçün səyahət imkanlarını daha da genişləndirəcək, eyni zamanda milli aviadaşıyıcının Mərkəzi Asiya regionundakı mövqeyinin güclənməsinə və region ölkələri arasında əlaqələrin inkişafına əlavə töhfə verəcək.

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə etmək mümkündür.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Bütün Xəbərlər