AZAL 2030-cu ilədək 30-dan çox yeni təyyarə alacaq

AZAL 2030-cu ilədək 30-dan çox yeni təyyarə alacaq
11.07.2025 21:20 Cəmiyyət

“Azərbaycan Hava Yolları” QSC (AZAL) 2030-cu ilə qədər donanmasını yeniləmək məqsədilə 30-dan çox yeni təyyarə alacağını planlaşdırır.

TodayPress TV xəbər verir ki, bunu Bakı–Mersin aviareysinin açılışı münasibətilə keçirilən tədbirdə AZAL-ın mətbuatla iş şöbəsinin rəhbəri Fərid Hüseynov bildirib.

Onun sözlərinə görə, aviaşirkət donanmasının unifikasiyası çərçivəsində gələcəkdə yalnız iki tip hava gəmisindən istifadə edəcək: dar gövdəli “Airbus A320 Neo” ailəsi və geniş gövdəli “Boeing 787 Dreamliner” təyyarələri: “Bu strategiya donanmanın orta yaşını 5–6 ilə endirməyə imkan verəcək ki, bu da beynəlxalq standartlara əsasən yüksək göstərici hesab olunur. Artıq yeni təyyarələrin alınması üzrə müqavilələr imzalanıb. 2025–2026-cı illərdə AZAL parkına bir ədəd “Boeing 787” və səkkiz ədəd “Airbus A320 Neo” tipli təyyarənin daxil edilməsi nəzərdə tutulur. Hazırda AZAL-ın aviaparkı müxtəlif modifikasiyalı 25 hava gəmisindən ibarətdir və onların orta istismar yaşı 11 ildir. Artan sərnişin tələbatını qarşılayacaq çevikliyə nail olmaq məqsədilə aviaşirkət müvəqqəti olaraq əlavə üç “Airbus A320” təyyarəsi icarəyə götürüb”.

F. Hüseynov AZAL-ın son illərdə dayanıqlı inkişaf, ekoloji məsuliyyət və sosial təşəbbüslər sahəsində də mühüm addımlar atdığını qeyd edib.

“Şirkət karbon emissiyalarının azaldılması, yaşıl enerji istifadəsi və beynəlxalq dayanıqlılıq standartlarına uyğunlaşma istiqamətində ciddi irəliləyişlər əldə edib. Heydər Əliyev Beynəlxalq Hava Limanı isə bu sahədə beynəlxalq səviyyədə tanınma qazanır”, - deyə o bildirib.

2024-cü ildə hava limanı Hava Limanı Karbon Akkreditasiyası (Airport Carbon Accreditation – ACA) Proqramı çərçivəsində Səviyyə 2 (Azaltma) Sertifikatına layiq görülüb. Bu, karbon emissiyalarının sistemli şəkildə azaldılması istiqamətində atılan addımların nəticəsidir.

F.Hüseynovun sözlərinə görə, 2050-cu ilə qədər Heydər Əliyev Beynəlxalq Hava Limanı “sıfır emissiya” hədəfinə çatmağı planlaşdırır. Bu məqsədlə bərpa olunan enerji sahəsində investisiyalar artırılır – hava limanı ərazisində günəş panelləri quraşdırılıb və enerjiyə qənaət proqramları tətbiq olunur.

Ötən il ərzində həyata keçirilən tədbirlər nəticəsində karbon emissiyaları 8% azaldılıb, sistemlərin modernləşdirilməsi sayəsində isə 260 min kVt/saat həcmində elektrik enerjisinə qənaət edilib.

XƏBƏR LENTİ
16 IYUN 2026
Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 Bütün Xəbərlər