Avtobusda namaz qılan sürücünü KƏSKİN TƏNQİD ETDİLƏR

Avtobusda namaz qılan sürücünü KƏSKİN TƏNQİD ETDİLƏR
15.01.2026 16:41 Cəmiyyət

Son günlər avtobusda namaz qılan sürücü ilə bağlı yayılan görüntülər və müzakirələr ictimaiyyət arasında geniş rezonans doğurub. Sosial şəbəkə istifadəçilərinin bir qismi bunu normal qarşılamazkən, digərləri sürücülər üçün lazımi şəraitin yaradılmadığını düşünür.

Məsələ ilə bağlı TodayPress TV-yə danışan nəqliyyat eksperti Raqif Raufoğlu mövzuya münasibət bildirərək bunun kifayət qədər həssas məsələ olduğunu qeyd edib. 


Onun sözlərinə görə, sürücünün ibadət etməsinə görə kimsənin ona irad bildirməsi doğru deyil:

"Düşünmürəm ki, kimsə çıxıb desin ki, "Sən niyə namaz qılırsan?" Heç kim buna görə irad bildirə bilməz. Əsas narazılıq ibadətin özünə deyil, onun icra formasına yönəlib. Heç bir ibadət konkret olaraq beş dəqiqəlik dəqiq vaxta bağlı deyil, müəyyən vaxt intervalı mövcuddur və bu müddət ərzində sürücü digər şəxsi ehtiyaclarını ödədiyi kimi, ibadətini də yerinə yetirə bilər. Onların şəxsi vaxtı mütləq olmalıdır və o vaxtdan istifadə etməlidirlər".

Ekspertin fikrincə, cəmiyyətdə qıcıq yaradan əsas məqam sürücünün sərnişinlər avtobusda ola-ola nəqliyyat vasitəsini saxlaması və ibadəti bu şəkildə həyata keçirməsidir:

"Sərnişinlər avtobusda ola-ola dayanıb "gözləyin, mənim ibadət vaxtımdır" demək düzgün deyil. Hər işin öz iş vaxtı var, hər bir insanın da şəxsi inancı hörmətlə qarşılanmalıdır. Amma bu, nümayişkaranə olmamalıdır. Ölkədə bir çox iş yerlərində, eləcə də ictimai məkanlarda namaz otaqlarının mövcudluğu normal haldır. Avtobus sürücülərinin də xüsusilə son dayanacaqlarda və fasilə vaxtlarında bu ehtiyaclarını ödəmələri üçün şəraitin olması vacibdir".

Sonda Raqif Raufoğlu bildirib ki, hadisənin hansı konkret şəraitdə baş verdiyi tam məlum olmadığından sürücünü birbaşa qınamaq düzgün olmaz, lakin ümumi yanaşma baxımından sərnişinlərin olduğu avtobusda bu formada davranış doğru hesab edilmir.

Türkan İsgəndərli

TodayPress TV

NEWS FEED
16 JUNE 2026
Prezident Niderlandın Baş naziri ilə telefon danışığı apardı 16:13 Fransa Seneqalla, Argentina Əlcəzairlə qarşılaşacaq 16:07 Pensiyalar rayonlarda bu tarixdə ödəniləcək 15:52 Rusiya imperiyasının çöküşü başlandı: Ermənistan belə hörmətsizlik etdi 15:51 AZAL bu istiqamətdə ilk uçuşunu həyata keçirdi 15:39 Aylar sonra ilk dəfə - Zelenski və Tramp görüşdü 15:35 Medina “Qarabağ”dan getdi 15:30 Ermənistanda Türk görənlərin reaksiyası - VİDEO 15:18 Cimidən müsəlmanlara təhqir: sizi doğrayıb, torpağa basdıracağıq! 15:16 Cavid Hüseynov "Araz-Naxçıvan"ın baş məşqçisi təyin edildi 15:10 Nazirlər Kabineti sənaye və texnologiyalar parkları ilə bağlı qərar verdi 15:02 Bu məhsullar ədv-dən azad edildi - RƏSMİ 14:45 Şuşada bağlanan müqavilə rusları və erməniləri qorxuya saldı, Əliyevin imzasını görənlər… 14:36 Rusiyanı 1941-ci ildən pis hala salarıq – Almanların gözü "qızdı" 14:29 İranda kim uduzdu, kim uddu, peşmanı kim olacaq? 14:29 Rusiya və Türkiyə XİN rəhbərləri arasında görüş başladı 14:15 7 min pakistanlı turist Bakıdan qayıtmadı - Təhlükəli vəziyyət yarandı 14:09 Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir 13:58 Kreml: Zelenski ciddi danışıqlara hazırdırsa, Moskvaya gələ bilər 13:44 Paşinyan Koçaryanı Bakıya təhvil verir? – İrəvanı qarışdıran GÖZLƏNİLMƏZ PLAN 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 All News