ASCO-nun "Mingəçevir" gəmi-bərəsi əsaslı təmir edildi

ASCO-nun "Mingəçevir" gəmi-bərəsi əsaslı təmir edildi
10.03.2026 15:05 Cəmiyyət

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) "Mingəçevir" gəmi-bərəsinin əsaslı təmiri yekunlaşıb.

TodayPress TV ASCO-ya istinadən xəbər verir ki, proses çərçivəsində gəminin baş və köməkçi mühərrikləri təmir edilib.

Bununla yanaşı, bərədə gövdə-qaynaq, boruquraşdırma, elektrik və avtomatika işləri yerinə yetirilib.

Gəmidə yeni "Navtex", "VHF" və "MF/HF" tipli stasionar radiostansiyalar quraşdırılıb, LAG, exolot və komanda yayım qurğularında isə əsaslı təmir-bərpa işləri aparılıb.

Gəminin sualtı və suüstü hissələri, maşın şöbəsi və baş göyərtəsi təmizlənərək rənglənib, heyətin yaşayış otaqları tamamilə yenilənib.

"Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan işlərdən sonra dəniz sınaqlarını uğurla başa vuran gəmi-bərə yenidən istismara qaytarılıb.

Qeyd edək ki, "Mingəçevir" gəmi-bərəsinin uzunluğu 154,5, eni 17,5 metr, sürəti 14 düyündür. Gəminin tam yükgötürmə qabiliyyəti isə 5985 ton təşkil edir.

TodayPress TV

NEWS FEED
01 AUGUST 2026
Pezeşkian: “İranın gələcəyini onlar müəyyən edəcək” 18:59 TƏCİLİ: ABŞ vətəndaşlarını Yaxın Şərqi tərk etməyə çağırdı 18:46 İsrail İranın “qorxusundan” Ukraynaya “Dəmir Günbəz” vermədi 18:36 Dünyanın ən zəngin adamları iyulda milyardlarla dollar itirdi 18:22 Avropa “qapıları bağlayır” - Miqrant məsələsi canlarına “qorxu saldı” 18:08 Dünya çempionatı: İbrahim Həsənov finala yüksəldi - YENİLƏNDİ 2 15:10 Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi oldular 17:25 Rezai: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq 17:09 Arvadını qətlə yetirən şəxsə hökm oxundu 16:54 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 All News